Puan vermedi·544 syf.··
2022 2. kitabı
Dostoyevski den bitirdiyim 3-cü əsərdir. Dostoyevski hər anda, hər ruh alında oxuna bilinəcək bir yazar deyildir. Onu oxumaq insanın öz daxilində olan ziddiyyətlərlə, daxilindəki dərinliklərdə olan bütün şeytani xüsusiyyətlərlə üzləşmək, bu üzləşməyi özündə tapa bilməyə cəsarət etmək deməkdir. Çünki hər bir əsərində olan obrazlarda insan xüsusiyyətlərinin fərqlilikləri paylaşdırılmışdır, bununla da bir obraz yaxşı və ya pis demək olmur, insan hər birində özünə aid, ən azından yaşamın müəyyən mərhələsində olan düşüncələrinə aid bir cəhət mütləq ki tapır. Amma əsərin əsas mövzusu "yüksək təbəqədən" olan insanların "aşağı təbəqəni" necə əzməsi, onların kənardan heç də göründüyü kimi olmaması, əsas prinsiplərinin sadəcə həmin cəmiyyətə xas olan qaydalara uyğun çərçivədə yaşamaq, daxildən isə bəzilərinin çox kiçik, ucuz insanlar olmasıdı. Uyğun bir şərait düşən anda bu cəhətlərini çox aydın şəkildə göstərir, qarşıdakı insanları əzməkdən, onları təhqir etməkdən xüsusi bir zövq duyurlar. Knyaz Volkovski kimi. Ən böyük şanssızlıq isə çox qürurlu və yüksək keyfiyyətli insanların bu cür insanlarla qarşılaşması və onlara aldanmasıdır.  "Əclaf adamlar üçün yüksək fikirli şəxslərlə üz-üzə gəlmək çox əlverişlidir. Bu şəxslər son dərəcə nəcib olduqlarından onları aldatmaq çox asandır. Bir de ki, bu şəxslər mümkün olan yerdə öz işləri üçün qanuna əməli surətdə əl atmaq əvəzinə, həmişə yüksək və nəcibanə bir həqarətlə işdən əl çəkirlər." Həqiqətən bu cür insanlarla mübarizə aparmalı və haqqını tələb etməlimi, yoxsa onlara dünyanın ədalətinə tapşırıb tamamilə onlardan uzaqlaşmaqmı? Onlardan tamamilə qoparaq onlara nifrət etmək haqqını qazanmaq istəyi nədən iləri gəlir? Bütün həyat boyu bu nifrətlə yaşamaq istəyini insana verən nədi? "Özünü çörək əvəzinə kinli bir xəyalla qidalandırmaq". Dünyada yaşama gücü olmayıb da sadəcə özünü bir xəyala inandırmaq və bu baş tutmadıqda da qarşısındakına nifrət edərək onları günahkar bilmək. Yaşımın müəyyən bir dövründə mən də belə oldugunu düşünərdim, hətta bəzən indi də bu cür olmasınin daha yaxşı olmasını düşünürəm. Amma sonra Knyaz Volkovski-ler özlərini bu cür hadisələrdə haqlı görürlər, "aldanmaq istədiyin üçün aldatmışam" prinsipini üstün tutaraq bundan kiçik də olsa vicdan əzabı keçirmirlər, ən böyük qorxuları sadəcə cəmiyyətdə  sahib olduqları statuslarını itirməkdi və acınacaqlısı bunu hər daim başqalarına etməyə davam etsələr də yenə də cəmiyyət tərəfindən yüksək qarsılanırlar. Kimdi günahkar? Onlarmı? Yoxsa onlara inananlar və inanmaqla da onlara bu gücü verməkdə davam edən insanlarmı? Hər bir əzən potensial əzicidir. Knyaz Volkovski "yüksək təbəqənin" digər üzvləri tərəfindən əzilir və Nikolay Sergeyeviç İxmenevi və oğlu Alyoşanı əzir. Alyoşa Nataşanın, Nataşa isə Vanyanın sevgisini sömürür. Hətta doğulduğu andan başlayaraq basqaları tərəfindən əziyyət görən Nelli də istəməyərək də olsa bəzi anlar Vanyanı əzir. Ve son olaraq, gənclərin hər daim onlara baxan valideynlərinin məsləhətlərinə qulaq asmasi, amma valideynlərin də övladlarının onların pis vəziyyətdə qoymasına baxmayaraq etdikləri səhvdə tərk etməməsi, bu səhvə baxmayaraq yanında olması gərəkdiyi çox gözəl ifadə olunmuşdur. Çünki insan həyatı bunu kinlə, nifrətlə qarşılamaq və sonradan bağışlamamaqdan gələn vicdan əzabının ağırlığı üçün çox qısadır.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 201923,8bin okunma
·
296 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.