Gönderi

616 syf.
9/10 puan verdi
·
30 günde okudu
"Qılınc və Qələm"əsərində müəllif Azərbaycanın dahi şairi və mütəffəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş və hər tərəfli mənzərəsini yaratmışdır. Roman xalqın fiziki və mənəvi qüvvəsinin rəmzinə uyğun olaraq "Qılınc və Qələm" adlandırılmışdır. Əsərdə məşhur xalq qəhrəmanı Fəxrəddini(qılınc), dahi şair Nizami Gəncəvini(qələm) kimi təsvir edərək Azərbaycan xalqının çox cəsur və qiymətli söz deyə biləcək insanlar yetişdirə biləcəyinə işarə edir. Əsərdə əlavə olaraq Məhsəti Gəncəvi, Azərbaycan atabəyləri: Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkr diqqət çəkən obrazlardandır. Həmçinin əslən ərəb qanı daşıyan Qətibənin atabəylərin idarə etdiyi ölkədə öz "qadınlığından" istifadə edərək bir ölkəni necə çətin vəziyyətlərə saldığını açıq şəkildə görmək olar. Əsər kifayət qədər maraqlı və asan oxuna biləcək şəkildə yazılıb.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013201 okunma
·
81 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.