Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

244 syf.
·
Puan vermedi
·
8 günde okudu
Rus klassik ədəbiyyatından oxuduğum növbəti əsər İvan Turgenevin "Atalar və oğullar" əsəridir. Ümumiyyətlə, mənə elə gəlir ki, 19-cu əsrdə yazılmış digər rus ədəbiyyat nümunələri kimi, burada da insanlar zəif, xəstə, yaşlı, həyat isə solğun və maraqsızdır. Əsərdə əsas ideya yenicə pöhrələnən, həyata fərqli gözlərlə baxan gənc nəsil və artıq yaşını haqlamış yaşlı nəsil arasında olan münasibətdir. Bu problem əslində günümüzdə də mövcuddur. Bəzən təhsilli uşaq təhsilsiz valideyninə nəyi isə izah etmək istəyəndə və yaxud hər hansısa məsələyə fərqli mövqedən münasibət bildirəndə valideynləri övladlarının onları öz səviyyəsində görmədiyi, onu geridəqalmış hesab etdikləri fikrinə düşüb məyus olurlar. Bəlkə də, belə düşünüən övladlar da var, amma məncə bu belə deyil. Bu münasibət bəzən çox qırıcı olur. Əsərin əsas qəhrəmanı hər şeyi inkar etməyi həyat idealına çevirən Bazarov hər nə qədər çox vaxt əksər məsələlərdə (məsələn, insanların bərabər olmasını arzulamasında, insanları təbəqələrə ayırmamaqda, mövhumatlığı inkar etməkdə) haqlı olsa da, düşünürəm ki, böyüklərə, xüsusən də onu çox sevən, böyüdüb boya-başa çatdıran valideynlərinə qarşı çox amansızdır və sərtdir. Bundan başqa onun inkar etdiyi bəzi mənəvi məsələlərlə də razılaşmıram. Lakin sonda cavan yaşında həyata əbədilik olaraq gözlərini yumması, mübarizəsinin yarımçıq kəsilməsi insana çox təsir edir və kədərləndirir.
Atalar və Oğullar
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 201644,8bin okunma
·
154 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.