John Fowles - Fransız Teğmenin Kadını
6/10
·480 syf.··
2022 1. kitabı
·
20 günde okudu
·
Okunma: 06 Mart 2022 00:00
Hər kəsə salam :) #yineyeniyeniden qarşınızdayam. İlk öncə onu qeyd edim ki, Fowles’dən oxuduğum ilk kitab idi və gələcəkdə digər romanlarına da müraciət etməyi düşünürəm. Mənə görə kitabın əvvəlləri çox da axıcı gəlmədi və sözün əsl mənasında 100-150-ci səhifələrə kimi çətinliklə gəlib çıxdım. Amma onu deyim ki, qətiyyən kitabı yarımçıq saxlamayın, həmin yerə qədər gəlib çatın Çünki romanın ən həyəcanlı yerləri burdan sonra başlayır. Böyük Britaniya tarixində Viktoriya dövründən bəhs edən sevgi uçbucağı adlandıra biləcəyimiz, eyni zamanda arxa fonunda dövrün əxlaq anlayışının sorğulandığı, qatı əxlaqi qayda və qanunların olduğu bir cəmiyyətdə qadına təzyiq, insanlar arasında sosial bərabərsizliyin, siniflər arası münaqişələrin hökm sürdüyü, həmçinin dini, sosial-fəlsəfi cəhətdən də maraqlı məlumatlarla zəngin dolu-dolu bir roman. Məzmundan əlavə həm qurğu baxımından həm də ifadə baxımından çox maraqlı və standartlardan fərqli bir roman idi. Belə ki, ən çox sevdiyim məqamlardan biri hər paraqrafın əvvəlində məşhurlardan və ya kitablarından sitatların olmağı idi (pastiche). Həmçinin kitabın 3 ayrı sonluğu olması da maraqlı idi və romanı bu sonluqlardan hansı ilə bitirəcəyi oxucunun öz təxəyyülünə buraxılır. Baş obrazlar; Sarah, Charles və ErnesTina Tina ~ dövrün iffətli,əxlaqlı qadın obrazı Sarah ~ azad qadın rolunu oynayır dövrün digər üzünü təmsil edir və o dönəmin şərtlərinə görə iffətsiz görünür Charles ~ bu iki çağın, dövrün arasında qərarsız qalır, seçim etməyə çalışır. Ayrılıqda obrazların hər birinin müsbət və mənfi cəhətləri var. Amma mənə nisbətən daha yaxın Tina oldu niyəsə :) Bu baş obrazlardan əlavə yan obrazlar da var idi, hətta bir “anlatıcı”(yazar ~ Tanrı) obrazı da var idi ki, bunu da çox sevdim. Həmin dönəmə 100 il əvvəldən baxan və tez-tez araya girib şirin müdaxilələr edən, obrazların ‘özbaşınalıqlarından şikayətlənən’ oxucuyla səmimiyət quran anlatıcı. Sonda bu kitabı oxumağıma vəsilə olan və birlikdə oxuyub MÖÖhtəşəm müzakirəsini etdiyimiz əziz @origin_book_club təşəkkürümü bildirirəm. Birlikdə daha çox və gözəl müzakirələrə… Kitab və sevgi ilə qalın #originbookclublafransızteğmeninkadını
1000Kitap
Fransız Teğmenin KadınıJohn Fowles · Ayrıntı Yayınları · 20203,038 okunma
·
202 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.