Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Buludlar yağdırır göz yaşlarımı, Küləklər dərdimi danışır sənə. Bağçada gəzərkən tapdalağın Xəzəllər şe'rimi oxuyur yenə. Niyə danışmırsan, niyə dinmirsən? Bəlkə boğazını tutubdur qəhər. Daha özümüzə yer tapammırıq, Sənə də, mənə də dardır bu şəhər. Mənim baxışlarım nisgil doludur, Sənin gözlərindən tərəddüd yağır. Ölüb-dirilirəm dərdindən hər gün, Sənə də bu həsrət gəlmirmi ağır?
Azər Ərzi
Azər Ərzi
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.