Gönderi

Şeytan Terapiste Gittiğinde...
Puan vermedi·248 syf.··
2022 29. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Mart 2022 18:45
1000K bir ilkimi edib bu kitaba inceleme yazacam. Spoiler olacağını da düşünə bilərsiniz. Bunu da qeyd edirəm. Çalışdığım qədər etmədim bunu:) Psixoloq Hicran Tülücenin yazdığı bu kitab oxucuda fərqli hisslər oyadır. Bütün pisliklərin başında duran Şeytan ya da kitabdakı adı ilə Azazel insanların ondan daha pis işlər gördüyünü və onun işini əlindən aldıqları düşüncəsinə girir və bir boşluğa düşür. Bəzən həyatda elə zərbələr alırıq ki, bu boşluqlara düşür və özümüzü yenidən başlamaq üçün hazırlamağa çalışırıq. Bir çoxumuz bunun üçün psixoloqa müraciət edir. Və xeyirli nəticəsini də görür. Təbii ki, bu yardımın belə köməyi olmadığı insanlar da var. Bir sözlə Azazel də belə bir boşluğa düşür və dünyaca məşhur psixoloqların yanına gedir. İlk qapısını döydüyü psixoloq Sigmund Freud olur ki, hansı ki, mən həmişə demişəm ki, məncə o vaxt Sigmundun özünə kömək edən lazım idi. Təbii bu mənim şəxsi fikrimdir.:) Kokain qəbul edən və bu boşluqdan çıxmaq üçün Azazel də təklif edən Sigmundun hansı vəziyyətdə olduğunu oxucu belə anladı. Tərsinə olaraq Azazel ona məsləhət verməyi daha uyğun gördü və Freudun ona kömək edə bilməyəcəyini anladı... "Hepimizin içinde bastırılmış bir iblis var" demişdi Freud. Növbəti psixoloq Carl G. Jung oldu. Təkliyə çəkilmiş Jung. Çox insanın ehtiyacı olan təkliyə. Gözlənilməz qonağı Azazeldən qorxmuşdu. Onu sınamağa gəlmişdi elə bil Azazel və istədiyi havanı yarada bilmişdi. Keçmişini ona xatırladaraq dolaşıq vəziyyətə salmışdı onu, özünü güclə toplaya bildi Jung. Azazel onun yanından da getməli idi. Və belə də oldu. Sevginin həyatı qurtaracağını düşünən Frankl işi çətin oldu. Azazel onun güclü iradəsi qarşısında öz kibirini ortaya qoya bilmirdi. "İnsanın içinde bastırılmış bir iblis değil, bastırılmış bir melek vardır." dedi Frankl. Freuddan fərqli olaraq. Çox maraqlı fikirdi. Məndə düşündüm bu fikir haqda. Bizim içimizdə bastırılmış mələk var yoxsa iblis? *Bəlkə hər ikisi də var. İnsan hansını oyadıb onu ruhu ilə bir edirsə ömrünün sonuna kimi mələk ya da iblis olur. Biz qarşımızdakında bunu görə bilmirik bəzən. Mələk gəlir bizə, içi iblis olan insan. Fərqinə varmaq üçün heç nə etmirik. Gözümüzü yumub görməzdən gəlirik. Ta ki, həqiqətlər bizə sancılana qədər. Daha bir insan sevgisinin həyat qurtaracağına inanan psixoloq Erich Fromm. Nə qədər insan qəddarlığından danışsada Azazel Fromm təsir dairəsinə daxil edə bilmədi. Çünki Frommun sevgi inancı çox güclü idi. Ömrünün sonuna qədər bunu davam etdirdi. Azazel sonda geldiyi psixoloq adı Funda idi. Digərlərindən fərqli olaraq Azazel burda özünü rahat hiss edirdi, buna görə də seansları davam etdirmək istəyirdi, amma eyni fikirlər Funda üçün keçərli deyildi. Bu insan cildinə girmiş şeytanı anlaya bilmir, insanları hər dəfə günahkar çıxarmasına bir anlam verə bilmirdi. Seansları davam etməsi onun üçün cəhənnəmə çevrilmişdi. Buna görə də buna son verməyə qərar verdi. Çünki Funda da insanın dünyanı yenidən gözəl bir yerə çevirə biləcəyinə inanırdı. Azazel qatı fikirləri isə onu boğurdu. Qovmaqdan başqa əlac qalmadı Fundanın əlində. Böyük bir rahatlıq tapmışdı. Sonra dəvət aldığı bir sərgiyə qatılması və orada yenidən Azazel görməsi, bu sərginin Azazel tərəfindən hazırlanması ona təsir etmişdi. Və Azazel çıxışına baxaraq necə mələk cildinə girməsinə bir anlam verə bilməmişdi. Azazel gedərkən bir sual qoymuşdu Fundanın beyninə: Sahi, gerçek kötü kim? *Yaşadığımız həyatımızda qarşımıza çıxan insanlarda xeyirxahlıq, ikiüzlülük, şərəfsizlər və.s. insan xarakterləri görmüşük. Bunlardan öz xarakterimizə də əlavə etdiklərimiz təbii ki, olub. Hər şey öz əlimizdədir. Bunu unutmayaq. Və özümüzü sevək. Həyatı bizim üçün cəhənnəm edən də insandır, cənnət edən də. Yaşadığımız duyğular, keçirdiyimiz hisslər, digər insanların bizə yaşatdıqları, həyatın mübarizə olduğunu deyənlər, bəzən tək qalmağın daha yaxşı olacağını düşünmək -insanın özünə və digərlərinə ötürdüyü mesajlardır. İnsan olduğumuzu unutmayaq... 21Mart....
Psikoloji
Şeytan Terapiste GittiğindeHicran Tülüce · Destek Yayınları · 2021214 okunma
·
729 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.