Gönderi

332 syf.
9/10 puan verdi
·
Read in 8 days
“Çünkü insan insana güven duymuyordu. Çokluk öyle görülüyordu ki, insan insanın en azılı düşmanıydı.” Savaşlar insanlıq tarixində həm maddi, həm də mənəvi anlamda böyük fəlakətlərə səbəb olur. Savaş insanlara həm ön cəbhədə, həm də arxa cəbhədə çox böyük şəkildə təsir edir, itkiləri də bərabərində gətirir. Savaşın gerisində qoyduğu mənzərələr insanların yaşadıqları fəlakətin maddi və mənəvi həcmini acı gerçəklərilə birlikdə gözlər önünə sərir. Borchert yaşadığı sistemin təzyiqlərinə boyun əyməmiş və heç bir halda şəxsi mənafeyinə xidmət edən bir düşüncə ilə hərəkət etməmişdir. Borchert mülki və hərbi həyatında göstərdiyi cəsarəti əsərlərində yaratdığı obrazlar üzərindən də əks etdirir. Kitab Borchert’in qısa ömrünə sığdırdığı savaşa qarşı hekayələrindən ibarətdir. Hər hekayədə ana fikir eyni olsa da, fərqli obrazlar və fərqli bənzətmələr üzərindən müxtəlif hisslərə və insanlara xitab edir. Nəticədə isə bütün insanlığa səsləniş kimi ümumiləşdirilə biləcək mətn ortaya çıxır. Bu çağırışa dünyanın dörd bir yanından qarşılıq gəlməsi ümidi az olsa da, Borchert son nəfəsində də savaşa “YOX” demişdi. Keçmişdə və hazırda yaşanan dəhşətlərə, həmçinin təhdid altında olan gələcəyə qarşılıq bizlər də savaşa “YOX” deməliyik.
Ama Fareler Uyurlar Gece
Ama Fareler Uyurlar GeceWolfgang Borchert · Doğan Kitap · 2003512 okunma
·
1,352 views
Tinuviel okurunun profil resmi
"Yox de!" Manifesti...^)
Agil okurunun profil resmi
Bəli :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.