Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Usta bir gün şagirdlərini başına yığaraq sual verir: İnsanlar əsəbiləşəndə nə üçün bir-birinin üstünə qışqırırlar? Axı qarşıdakı insan yanındadır. Səbəb nədir? Hər kəs susur. Cavabin gəlmədiyini görən usta gülümsəyib davam edir. -Çünki insan hirslənəndə ürəyi qarşıdakı insan dan uzaqlaşır. Sanki arada böyük bir məsafə əmələ gəlir. Uzaqdan eşidilmək üçün qışqırmalısan. Yaxşı, bəs, nə üçün insan sevəndə sevdiyi şəxsin qulağına pıçıldayır? Yenə səssizlik otağı bürüyür. Usta isə aram səslə davam edir: -Çünki insan sevəndə ürəyi sevdiyi insana yaxınlaşır. Bəzən sadəcə göz-gözə baxmaqla saatlarca danışmış olurlar.
·
153 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.