Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Dosteyevskinin "Bəyaz gecələr"ində bir daha anlayırsan eşqi...Bir gün parkda təsadüfən rastlaşdığı bir qadın onu öz xəyal dünyasından ayırır, hansı ki o yalnız xəyallar dünyasında tənha yaşayırdı.Qız öz başına gələnləri danışır və qəhrəmanımız qıza aşiq olur. Qadının isə unuda bilmədiyi biri var.-《Mən sizin haqqınızda düşünürəm,-deyə bir dəqiqəlik sükutdan sonra cavab verdi,- siz elə mehribansınız ki, bunu hiss etməmək üçün gərək mən daş  olaydım...Bilirsinizmi indi mənim ağlıma nə fikir gəldi? Mən sizin ikinizi də bir-birinizlə müqayisə elədim.Nə üçün siz o deyilsiniz? Nə üçün o, sizin kimi deyil? Mən onu sizdən artıq sevsəm də, o, sizdən pisdir,》- deyir.Sonra isə elə hadisə baş verir ki...Günahkar kimdi deyə düşünürsən.Eşqmi? Axı eşqi günahkar saymaq da olmur.       İkinci əsərin adı" Netoçka Nezvanova" adlanır.Müəllifin yarımçıq qalmış romanı hesab edilir.Və yarımçıqlıq sonda insanı heyifsiləndirir.Maraqlı idi ki, sonunu yazıçı necə bitirəcəkdi? Əzablı həyat tərzi sürən balaca qızcığaz zamanla öz xeyirxah qəlbi ucbatından da əzab çəkməkdədir. Mən əsərin yarımçıq qalmış hissəsində  Ovrov adlı köməkçinin Netoçkaya olan " mən sizinlə danışmaq istəyirdim" cümləsini və qızcığazın " sabaha qalsın" deyərək getməsi və onun " deməli sabah" deyərək təbəsssümünü xoş nələrəsə bağlamaq istəyirəm.Amma Dostoyevskinin xəyalında hər şey necə olub bitmişdi, orasını yəqin ki,əsla bilməyəcəyik.    "Utancaq qız"...Əslində tam da insanoğlunu anladır.Fərqli baxış bucağından yanaşsaq mən sevdiyini itirəndən sonra yenə də özümüzü düşünən " insanlar" gördüm."Bəs indi mən nə edəcəm",- tabut otaqda və qəhrəmanımız bunu düşünür.  O yalnız ikicə gün istəyir.Amma artıq gecdir hər şeyə və hər ana.İlk öncə qürurlu və dərdlərini evləndiyi qıza anlatmayan amma əvəzində o məni anlayacaq və çəkdiyim əzablara görə hörmət edəcək və üzr istəyəcək deyə düşünən sələmçi sonda anlayır ki, axı o dərdini heç danışmamışdı da.Sadəcə susqunluğu ilə zavallı qıza əzab vermişdi.Hansı ki, sonda tamamilə dəyişmişdi.Amma gec idi.    İnsanlar hər şeyə gecikir, sanki dərdsiz kimi yaşayırlar amma dərdləri o qədər çox idi ki, məhz ayılma anı  son andamı olacaqdı? Amma qadın onu bağışlamamışdır.Bu susqun ömür intiharla bitir. "Dəyyus" hekayəsində isə mən hər bir obrazı zavallı olaraq gördüm.Elə Liza da ,Velçaninov  da və Pavel Pavloviç də...
Seçilmiş Əsərləri
Seçilmiş ƏsərləriFyodor Dostoyevski · Kitab Klubu Nəşriyyatı · 2016180 okunma
·
143 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.