İnsanı dünyaya gətirən qadındır,böyüdən valideynlərdir.Ancaq formalaşdıran ətraf-mühit.
Mən "Qadın əgər belə etsə belə olar" deyə fikir bildirmişəm,yanılmışam.Bəs insanın özü?
Başımıza gələn yaxşı ya pis hadisələrdə,başqaları ilə yaşadığımız yaxşı və ya pis münasibətlərdə insan özü özünü idarə edir.Bəs öz başımız nə üçündür? Dərrakə,ən ali varlıq olan insana verilən ali təfəkkür,şüur ?! Bunlardan istifadə edərək ya yaxşı,ya da pis həyat qururuq özümüzə.Hər kəs özünə cavabdehdir.Başına nə gəlirsə başqasını günahlandırmaq ən asan çıxış,daha doğrusu qaçış yoludur? Ətrafdakılar günahkardırsa,sən üçün var idin? Nə fikirləşirdin?! Harda idin?!
İnsan öz həyatının məsuliyyətini dərk etməli və daşımalıdr.