Nərmin Familzadə

Nərmin Familzadə
@familzade
Müəllim
Azərbaycan, 12 Mart 2001
9 okur puanı
Mart 2022 tarihinde katıldı
Həyatımızda bizi tanıyan insanlar olsun.Danışıq şəklimizdən "belə danışırsa mütləq nəsə var" düşünəcək, "belə davranırsa nəsə var ki,belə davranır" düşünəcək insanlar..Əsl anlamaq budur.Başqa vəziyyətləri hər kəs başa düşə bilir.
Deyəsən,bəzi insanlar həyatlarının bir çox mərhələlərində həyatda çətin bir mübarizə aparmaq məcburiyyətində qalır.Bəzən düşünürəm,bunu özümüz seçirik yoxsa,daha "rahat" həyat da seçə bilərik? Bütün ehtimallarda cavabım eyni qalır: Asanlıqla yaşanılan rahatlığı seçsək,maraqsız gələr,bəlkə də, həyatımızı dolu-dolu yaşaya bilmək üçün bu qədər mərhələni keçmək istəyirik və ya özümüzü ancaq çatmaq istədiyimiz yerdə görmək bizi xoşbəxt edir.Yəni çatmaq istədiyimiz yerdən sonra dayanacağıqmı? Elə bütün sual da,cavab da özünü göstərir: Yaşadığımız mühit bunu tələb edirsə,elə ömrümüz boyunca qaçacağıq.Yox,qaçmaq istəmiriksə,məkanı dəyişməliyik..Əgər beynimizdə bir gün başqa ölkədən,bu yazıları oxumaq varsa o zaman qismət olacaq...
Əgər bir kitab yazsa idim,üz qabığına mütləq bu şəkli qoyardım.Kitabın adı olmazdı,amma üzərinə də "Həyat itirdiyin yerdən başlayar" yazardım.
Bir çox insanlar formalaşmış insanın necə biri olduğu ilə bağlı yanılır zənnimcə.Formalaşmış insana izah etməzsən bəzi şeyləri,çünki o onsuz da olması gərəkənləri özü bilir.Elə məhz düşüncənin formalaşması da budur.