Gönderi

9/10
·494 syf.··
2021 23. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Temmuz 2021 23:47
Bir sabah illərdir, görmədiyiniz bir dostunuzu düşünərək oyandınız. Bir saat sonra onunla küçədə qarşılaşdınız. Sizcə bu təsadüfdürmü yoxsa çox fərqli bir mənası ola bilərmi? Yolda gedirsiniz. Başınızı çevirib, yan tərəfdəki kiçik parka baxdınız və bir anda bu anı daha öncə də yaşamış olduğunuzu hiss etdiniz. Bəli, bu Dejavudur. Sizcə nədir Dejavu; keçmişmi, yuxumu, yoxsa gələciyimi görürsünüz? Siz də nəzarətin kimdə olduğunu bilmək istəyirsinizsə, Olasılıksız tam da sizə uyğun bir romandır. Bu hissəyə qədər yazdıqlarım spoiler deyil, kitabın üz qabığında yazılanlardır. Diqqətinizi çəkəcəyini düşündüm :). Kitabımız bir az qarışıq hadisələrlə başlayır. Əsas qəhramanımız David Caine, bir üniversitetdə olasılık (ehtimal) dərsi keçir. Bir gün dərs keçərkən, epileptik tutma yaşayır və səhhəti ilə əlaqədar müəllimliyə davam edə bilmir. Öz xərclərini ödəmək üçün şans oyunları oynamağa başlayır. Sizcə o doğru ehtimalları edib, böyük uduşu qazana biləcəkmi? Dr. Tversky insan beynini inkişaf etdirərək, gələcəyi görə biləcəyini daha doğrusu, dəqiq məlumatlarla ehtimal edilə biləcəyini düşünən elm adamıdır. İlk təcrübələrini ona aşiq olan tələbəsi Julya üzərində, onun beyin dalğalarını incələyərək, aparır (sağ olsun bu həkimin sayəsində beyin dalğalarını araşdırıb, maraqlı məlumatlar əldə etmişdim). Sevdiyim digər iki xarakter haqqında özüm məlumat vermək istəmədim. Oxuyaraq kəşf edərsiniz :). Kitabı oxumaq fizika, özəlliklə kvant fizikası və rəqəmlərlə maraqlananlar üçün həyəcanverici olacaq. Yuxarıda da qeyd etdiyim kimi, başlıq qarışıq olsa da, sonunu görmək üçün bir nəfəsdə bitirəcəksiniz. Mənim ən sürətli bitirdiyim kitablardan olmuşdu. Qeyd: Bu kitab haqqında bir çox + və - rəylərlə qarşılaşa bilərsiniz. İçinizdən gəldiyi kimi qərar verin.
OlasılıksızAdam Fawer · April Yayıncılık · 202398,3bin okunma
·
84 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.