Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

278 syf.
9/10 puan verdi
·
5 günde okudu
Yuxum ərşə çəkilib görmədiyim gündən səni. Gözümün yaşı kəsmir Sənə gəlməyəndən bəri. Canım param-parça, ruhum pərişan, Diriykən ölüyəm Sənsiz, Qarabağ! Mənim yaralı atam, Mənim bəlalı anam, Qarabağ! Türk torpağı, türk yurdu, Gözlərimi yaş yudu. Sənsiz niyə yaşayım?! Sənsiz necə yaşayım, Qarabağ?!. Düşmən tapdağında qoymarıq səni, Kafir caynağında qoymarıq səni, Həsrətin qoynunda qoymarıq səni, Müqəddəs and yerim, ruhum, Qarabağ! Sənsiz qala bilmirəm! Sənsiz ola bilmirəm! Sənsiz ölə də bilmərəm Ölsəm, qibləm Qarabağ! Yetər, Dünya! Bir gör, artıq: Günahlını; günahsızı, Qantökəni, axan qanı; əsir olan cocuqları, girov qalan anaları; Viran olan yuvaları, xanaları... Yetər, Dünya! Bir duy, artıq: Öz yurduna həsrət qalan milyonların Ərşə qalxan naləsini... Yetər, Dünya! Bir gör, artıq: O günahsız qadınların, cocuqların Axıdılan pak qanını. Köçkünlüyə məhkum olmuş milyonların, Boynubükük cocuqların Gözlərini, o gözlərin kədərini, Dillənməyən Ürəklərin çağrısını, ağrısını. Yetər, Dünya! Bir gör artıq Əsir, girov qadınlara, körpələrə O edilən zülmləri Duy, onların fəryadını, harayını! Yetər, Dünya! Bir gör artıq “Vətən, Vətən!” – deyə-deyə Bu dünyayla vidalaşan Qocaların gözyaşını… Yetər, Dünya! Anla artıq “Bircə dəfə öz evimi görə bilsəm Öz evimdə ölə bilsəm; əzizimin məzarına üz-gözümü sürtə bilsəm” deyənlərin həsrətini, ağrısını-acısını... Yetər, Dünya! Bir gün artıq O günahsız qadınların, cocuqların, Köçkün olan, qaçqın olan yüz minlərin, öz evinə gedəmməyən insanların Boynubükük arzuları çarpar səni..! Yetər, Dünya! Dünya gərək dada yetsin! Qaçqınların hay-harayı Hər doğmaya, yada yetsin. - Varsa əgər bu dünyada – ən adil insana yetsin!.. Yetər, Dünya! Bir gör artıq Zülm eyləyən zülümkarı... Bu dövrdə, bu zamanda Ölüm saçan ölümkarı... Bir gör, artıq! Bir duy, artıq! Anla, artıq! Yetər, artıq, Artıq yetər! Eşit, Dünya! Yüzminlərin nərəsini - “Haqq!” bağıran haqq səsini! Yetər, Dünya! Bir gün artıq O günahsız qadınların, cocuqların, Köçkün olan, qaçqın olan yüz minlərin, öz evinə gedəmməyən insanların Boynubükük arzuları çarpar səni!.. Qarabağ düşmən əllərdə! Duysun düşmən, bilsin hamı - Qalmayacaq bu ah yerdə, Qalmayacaq bu qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əlində! Dönəcəyik evimizə, Dönəcəyik yurdumuza... Sökəcəyik biz bu yolda Qarşımızda hər nə varsa, Dönəcəyik Qarabağa! Qarabağım, Anam mənim, canım mənim, Balam mənim, yarım mənim, Duyurmusan bu səsləri; Milyonlarla övladının Yer üzünün hər yanından Sən Qarabağ nərəsini, haqq səsini!? Harda olsaq fərqi yoxdur, Qibləmizsən, xan Qarabağ! Harda olsaq fərqi yoxdur, Səninləyik, can Qarabağ! Sən canımız, sən qanımız, Sən ən qutsal amalımız, Sən ən böyük sevdamızsan, can Qarabağ! Qarabağım! Güneyliyik, Quzeyliyik, Təbrizdənik, Bakıdanıq , Borçalıdan, Dərbənddənik, Anadolu, Kərkükdənik! Türküstandan, Altaydanıq – Fərqi yoxdur biz hardanıq Fərqi yoxdur biz hardayıq Uzaqdayıq, yaxındayıq – Biz hamımız üzümüzü sənə tutduq! Biz hamımız sözümüzü sənə tutduq; Sözümüzdə səni tutduq! Fərqi yoxdur biz hardanıq Fərqi yoxdur biz hardayıq Uzaqdayıq, yaxındayıq – Biz hamımız sənin üçün Qarabağlıyıq! Qarabağım! Heç qalarmı qisas yerdə?! – Qalmayacaq bu ah yerdə! Qalmayacaq bu qan yerdə! Qarabağım yad əllərdə! Qarabağım düşmən əldə! Öləcəyik sənin üçün, Qarabağım! Qanımızdır sənə fəda, Qarabağım! Öləcəyik sənin üçün, Qarabağım! Canımızıdr səna fəda, Qarabağım! Qəm yeməynən, keçəcəkdir acı günlər. Qəm yeməynən, Bitəcək xarıbülbüllər, Ötəcək sarı bülbüllər! ... Əyan olsun qoy, hamıya, Bəyan olsun qoy, hamıya, Qoy, and olsun Xocalıya! Sənsiz bizə haram olsun bu gen dünya! Dönəcəyik, sənə bir gün, QARABAĞIM! QARAM, AĞIM! Ruhuma Vətənsən, gözümə torpağ! Gözəl Qarabağ! Xar tutmuş gülümsən, xarıbülbülüm, Səndədir, sənlədir sanım, Qarabağ! canım Qarabağ! Mənim qibləm Qarabağ! Qibləm qara bağlıdır... Mənim ruhum Qarabağ! Ruhum Qarabağlıdır! Qaram, ağım! Qara ağım! Ay Qarabağ! Eşqim mənim! Taleyimdə ən silinməz nəqşim mənim! Düşünən türk səni deyir, səni anır. Ürəksizə yaxın uzaq, Ürəkliyə uzaq yaxın! Sevgimizi göndəririk axın-axın sənin üçün, Qarabağım! Qaram, ağım! Qara ağım!
Karabağ - Şanlı Tarihi Acı Talihi
Karabağ - Şanlı Tarihi Acı TalihiRasim Ekşi · Doğu Kütüphanesi · 20105 okunma
··
37 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.