Yuxum ərşə çəkilib
görmədiyim gündən səni.
Gözümün yaşı kəsmir
Sənə gəlməyəndən bəri.
Canım param-parça, ruhum pərişan,
Diriykən ölüyəm
Sənsiz, Qarabağ!
Mənim yaralı atam,
Mənim bəlalı anam,
Qarabağ!
Türk torpağı, türk yurdu,
Gözlərimi yaş yudu.
Sənsiz niyə yaşayım?!
Sənsiz necə yaşayım,
Qarabağ?!.
Düşmən tapdağında qoymarıq səni,
Kafir caynağında qoymarıq səni,
Həsrətin qoynunda qoymarıq səni,
Müqəddəs and yerim, ruhum, Qarabağ!
Sənsiz qala bilmirəm!
Sənsiz ola bilmirəm!
Sənsiz ölə də bilmərəm
Ölsəm, qibləm Qarabağ!
Yetər, Dünya!
Bir gör, artıq:
Günahlını;
günahsızı,
Qantökəni,
axan qanı;