Xocalı Ağısı
Ağlayın dağlar ağlayın,
Uca zirvələr, ağlayın,
Xocalının ah-fəryadı
Kəsməyir, siz də ağlayın,
Köksü, sinəni dağlayın,
Xocalıya yas bağlayın...
Röyalarda gəlir dilə,
Uşaqların qan naləsi,
Xocalının fəryad səsi,
dağlar, siz də qan ağlayın
Bu dərdi bir soraqlayın...
Ağı desin Azərbaycan,
Cahan eşitsin səsini,
Xocalıda axan qanın,