Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

432 syf.
·
Puan vermedi
·
29 saatte okudu
Nəcəf bəy Vəzirov, 1854-cü ildə bahar aylarında doğulmuşdur. Xəstəliyi səbəbi ilə məktəbə 12 yaşında başlamalı olan Nəcəf bəy Vəzirovun anasının tək istəyi oğlunu oxumuş bir insan olaraq görmək idi. İlk təhsilini dini məktəbdə alan N. Vəzirov daha sonra Şuşada yerləşən mülkiyyə məktəbində təhsilini davam etdirir. Lakin adı Mıkırtıç olan ve əslən erməni olan müəlliminin göstərdiyi fiziki və mənəvi şiddət nəticəsində bu məktəbi yarım buraxaraq Bakıya üz tutmuşdur. Burada təhsilini davam etdirən N. Vəzirov heç kimin köməyini qəbul etmir və öz əziyyəti ilə Bakıda yerləşən "realnaya gimnaziya" adlanan məktəbə qəbul olunur. Həmin vaxt o Həsən bəy Zərdabi ilə tanış olur və onun yönlendirməsi nəticəsində rus klassik əsərlərini oxumağa və təbiət elmlərini öyrənməyə başlayır. Həmin vaxtlarda (1873-cü ildə) o həyatında ilk dəfə rus teatrına gedir. Teatrdan çox təsirlənən Nəcəf bəy Vəzirov müəllimi Həsən bəy Zərdabidən soruşur: "Bizim dilimizdə teatr əsərləri ya məzhəkə və ya faciə varmıdır?". Həsən bəy Zərdabi isə ona Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasından bəhs edir. Nəticə etibarilə, N. Vəzirov öz dostları ilə birlikdə ilk dəfə olaraq bu əsəri səhnələşdirir. Hətta Mirzə Fətəli Axundov onlara məktub yazaraq təşəkkür etmişdir ki "Bu gün Hacı Qaranı səhnədə göstərməklə mənim ömrümün üzərinə on il daha artırdınız". Beləliklə, Qafqazda birinci dəfə "Hacı Qara" adlı əsərin səhnəyə qoyulması Nəcəf bəy Vəzirovun adı ilə bağlı olmuşdur. Daha sonra Nəcəf bəy Vəzirov Moskvaya gedir və Petrovski Akademiyasına daxil olur. Həmin dövrdə N. Vəzirov o qədər kasıb idi ki, üzərinə örtə biləcəyi bir yorğanı belə yox idi. O, bir palaza bürünərək yatdığı üçün ona "Dərviş" təxəllüsünü vermişdilər. Akademiyanı bitirən N. Vəzirov Gəncə quberniyası Dilican qəsəbəsində meşəbəyi olaraq işləməyə başlayır. 1890-cı illərdə Petrovski Akademiyasının məzunları siyasi etibarsızlıq ilə günahlandırılaraq təqib edilirdilər. Nəcəf bəy Vəzirov da bu təqiblər nəticəsində işini itirir. Daha sonra o Bakıya köçür və bir müddət vəkil olaraq və əlavə sahələrdə fəaliyyət göstərir. Son olaraq isə Bakıda Kənd Təsərrüfat Texnikumunda müəllim olaraq işləməyə başlayan N. Vəzirov 1926-cı il aprel ayında tələbələri ilə birlikdə Şamaxıda təcrübə proqramında olarkən ürək çatışmazlığından vəfat edir. Hələ gimnaziyada oxuduğu zamanlardan yazıçılıq fəaliyyəti ilə məşğul olan Nəcəf bəy Vəzirov tərəfindən yazılan "Müsibəti Fəxrəddin" adlı əsər ədəbiyyatımızda yazılan ilk faciədir. Bu əsərin əsas mövzusu kəndlinin avamlıq yuxusundan ayılmamalarıdır. Nəcəf bəy Vəzirovun yaradıcılığında tənqidi realizm əsas səciyyə daşıyır. Bu əsərdə də Nəcəf bəy Vəzirovun avamlıq yuxusundan ayılmaq istəməyən Rüstəm bəyi, Mələk xanımı və digərlərini xüsusilə Fəxrəddinin dili ilə necə tənqid etdiyini görürük.
Müsibəti-Fəxrəddin
Müsibəti-FəxrəddinNecef Bey Vezirov · Kitab Klubu Nəşriyyatı · 2017122 okunma
·
202 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.