Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
6/10 puan verdi
kitab analizi
Başlıq: Müsyö Daldrinin qəribə səyahəti Yazar: Marc Levy Səhifə: 304 Janr: Roman Nəşr: Qanun Oxudum 26.03-02.04.2022 İnstagram- vusalkitablar Hərkəsə salam Kitab,Londonda yaşayan ətriyyatçı Alice’in və qapı qonşusu Daldry’nin, falçının kəhanəti ilə İstanbula səyahətlərindən,orada yaşadıqları sirli hadisələrdən bəhs edir. Marc Levy,qələmini sevdiyim yazarlardan biridir.Bundan əvvəl,bir neçə əsərini oxumuşam.Yazdığı əsərlər,adətən, həyəcanverici,axıcı,əyləncəli olur.Bunu "Bir birimizə demədiyimiz sözlər" , "Başqa bir xoşbəxtlik" , "Qorxudan daha güclü hiss" və.s əsərlərində də açıq hiss edə bilərsiniz.Bu baxımdan "Müsyo Daldrinin qəribə səyahəti" romanı məncə,digər əsərlərin kölgəsində qalır.İlk hissədə (İstanbula səyahətə qədər olan hissə) olan hadisələr,mənə daha çox maraqlı və oxunaqlı gəldi.Daha sonra, Alice və Daldrinin məktubla mesajlaşmalarını əhatə edən hissə (kitablarda məktublaşma olan hissələri oxumaqda çətinlik çəkirəm ) biraz uzun və mənə görə yorucu idi. Kitabda hadisələrin məhz, Daldrinin ətrafında cərəyan etdiyini düşünürdüm.Lakin,oxuduqca bunu belə olmadığını görürsünüz.Kitabın sonunda olacaqların böyük bir hissəsini əvvəlcədən praqnozlaşdırmam,kitabda sevmədiyim şeylərdən biri oldu.Məncə,kitab sirrini yaxşı qoruyub saxlaya bilmədi. Əsərdə sevmədiyim şeylərdən biri də, Alice'in dostlarından və onlarla əlaqəsindən kifayət qədər geniş bəhs olunmamasıdır. Ümumi olaraq,asudə vaxtınız varsa və bir qədər fikrinizi ətraf dünyadan yayındırmaq istəyirsinizsə,böyük ümid bəsləmədən oxuya bilərsiniz. #marclevy #musyodaldrininqeribeseyaheti #letrangevoyagedemonsieurdaldry #roman #ədəbiyyat #oxudumbitdi #qanun #alice #daldry #istanbul
Müsyö Daldrinin Qəribə Səyahəti
Müsyö Daldrinin Qəribə SəyahətiMarc Levy · Qanun Nəşriyyatı · 2019159 okunma
··
134 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.