Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

May günü
Hardasa qaranlıq bir zirzəmi. Hardasa bir işıqlı may günü... bir yasəmən ağacı... Və ilk dəfə dərsə gecikmiş bir uşağın yaxından səsi gəlirdi: - Dayı, ay dayı, ağlama...
Sayfa 299 - Çaşıoğlu nəşriyyatı
·
111 görüntüleme
jafarovmemories okurunun profil resmi
Bütün may günləri, "may" sözünün özünü 6-7 yaşımdan bəri heç sevməmişəm. Bəlkə də, o ayda ilk dəfə ayrılığı, uzaqlığı öyrənmişdim. Məktəbdən - bizi dünyayla bağlayan yeganə məhfumdan aylarla uzaq qalmaq həmişə bir sıxıntı kimi illərlə davam etmişdi. Həmişə bu ay gələndə içimdəki qəribə sıxıntını lap sonralar "May sıxıntısı" (NBC) filminə baxandan sonra təkrarən yeniləmişdim sanki. Düzü, az da olsa sevinmişdim ki, başqa yerlərdə də hərənin mayla bağlı bir problemi, yadlığı, qısası, hekayəsi var. Əylislinin "May günü" hekayəsində bunu görə bildim, ən azından, o cür görmək üçün oxumuşdum. Hisslərini o qədər əla çatdıra bilir ki, buna görə onun yazıları, xüsusilə də hekayələri məndə dərin iz buraxır.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.