Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

400 syf.
9/10 puan verdi
·
13 günde okudu
“Koca şehirde yüzlercesi, bütün ülkede on binlercesi vardı ama seslerini duyacak kimse yoktu.” Həyatın içindən obrazları, hekayələri ilə həyatda daima mübarizə şəklində yaşayan hər kəsin özündən bir parça tapacağı roman. Romanda Amerikada baş verən sürətli inhisarlaşma prosesi, istismarın artması, böyük kütlələr halında torpaqlarından qopardılmış insanların işçi sinfinə çevrilməsi sırasında yaşanan tragediya, yoxluq və ağrı-acılardan bəhs olunur. Yaşadıqları torpaqlarda gələcək ümidlərini itirən və itirəcək bir şeyləri qalmayanlar böyük ümidlərlə başqa diyarlara yola çıxırlar. Chicagoda əlverişsiz şəraitdə işləyən minlərcə işçidən kimisi sevdiyi ilə evlənmək, kimisi bir ev sahibi olmaq, kimisi də xoşbəxt olmaq xəyalının ardınca köç etsə də, burada kapitalizmin ən çirkin üzü ilə qarşı-qarşıya gəlir və insanca həyat ehtiyacı ilə çıxılan bu yol böyük dramlara çevrilir. Romanın qəhrəmanı Jurgis içimizdən, güclü, qüvvətli, çörəyini daşdan çıxaracaq biridir. İş tapmaq, pul qazanmaq və özünə tapşırılanları yerinə yetirməkdən başqa bir şey düşünmür. Bütün fəlakətlərdən yorulmuş haldaykən isə həyatının seyrini dəyişdirən fikirlərlə tanış olur. Bundan sonra öyrəndikləri onu tamamilə dəyişdirir. Jurgisin ruhunu yenidən ayağa qaldıran o günlər eyni zamanda Amerikan işçi sinfinin də burjua sisteminin cəngindən özünü xilas etməyə çalışdığı günlərdir.
Şikago Mezbahaları
Şikago MezbahalarıUpton Sinclair · Sel Yayıncılık · 2021909 okunma
·
1.701 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.