Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Gəl cəfa vermə mənə səndən ürək istəmişəm, Məhv olub yıxılmışam təkcə kömək istəmişəm... Mənə hər gün gətirər yarımın ətrin telinin, Bu səbəbdənir elə əsən külək istəmişəm... Aşiqəm, vurulmuşam mən o yarın camalına, Bənzəsin yarıma bir huri-mələk istəmişəm... Nə zaman ki, gedəcək tərk edəcək cananım; Qoy ala cismidəki ca'nı fələk istəmişəm. Olmasın aramızda sənlə nihan heç bir şey, Nə yalan istəmişəm, nə də ki, kələk istəmişəm... Mənə çox tə'nə vurma niyə bu qədər arzun var, Mən fəqir təkcə sənlə xoş gələcək istəmişəm... @qeribkheyal
··
248 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.