Gönderi

240 syf.
10/10 puan verdi
·
Read in 11 days
Sonsuzluq ovcunun içində, Əbədiyyət bir saatın içində.
Kitab xoşbəxtlik haqqında olsa da, oxuduqdan sonra xoşbəxt olacağımızı vəd etmir. Elə bil yazıçının qaralamalarıdır, hətta hansısa səhifəsində bunu özü də yazmışdı səhv etmirəmsə. Məncə ən gözəl yanı da budur. Xoşbəxtlik mövzusunda yazılan bir çox şəxsi inkişaf kitablarından buna görə fərqlənir. Kitabı oxuduqdan sonra, doğrudan da, böyük bir aydınlanma yaşamadım. Qürur, qəzəb kimi hislərin xoşbəxtliyimizə ən böyük maneə olduğunu, sadəliyin, sevginin, dostluğun isə bizim bu yolda ən böyük köməkçimiz olduğunu bilirdim. Yazıçı bunu daha geniş şəkildə öz fikirləri və bir çox tarixi şəxsiyyətlərdən sitatlarla daha izah edir. Belə nəticəyə gəldim ki, "Balaca şahzadə", "Alisa" və "Vinni Pux"a necə də diqqətsiz qulaq asmışam. Bu kitabda ən dəyərli dərsləri onlardan aldım. Tezliklə filmlərinə yenidən baxıb kitablarını da oxuyacağam. Əlimdə olsa, bütün cümlələrinin altından xətt çəkərdim. Oxuyarkən dincəldiyim bir kitab oldu. #164334901
·
147 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.