Gönderi

Söz demək qaydaları haqqında
Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb tələsik irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da səbir etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edərsə, qarışmamalı, ondan gizlədilərsə, gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr, söhbətə qoşulmamalıdır...
Sayfa 174 - Kuffə âləykə həžə.(Rasulullahın Muazın r.a.:"Cənnətə getməyin ən rahat yolu nədir?", sualına verdiyi cavab)
·
59 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.