Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
9/10 puan verdi
·
34 günde okudu
Corc Oruell qələmindən növbəti əsər - Heyvanıstan. İnsan adlı varlığın onları istismar etməsinə son qoymaq, öz istehsal etdikləri məhsullardan azad şəkildə, bərabər istifadə etmək, daha firavan və bərabər yaşamaq üçün heyvanlar fermada üsyan edir, sahibləri Consu qovurlar. Bütün hadisələr də bundan sonra başlayır. Əvvəlcə ali ideallar uğrunda mübarizə aparan, daha özlərinin öz ağaları olacağını, bərabərliyin hökm sürəcəyini düşünən heyvanlar sonda əməklərinin puç olduğunu görürlər. Hakimiyyəti öz əllərində cəmləyən donuzlar günü-gündən daha çox güclənir və digər heyvanlara ağalıq etməyə başlayırlar, özləri heç bir iş görməyərək digər heyvanların əziyyətlə istehsal etdiyi məhsulları mənimsəyir, onlara isə veriləcək normanı hər dəfə azaldırlar. Donuzların fonunda bu əsərdə əslində totalitar quruluşlar tənqid olunmuşdur, xüsusilə də SSRİ. Burada nəzərə çatdırılmalı əsas ideya isə məncə - "hakimiyyət/güc istəyi hər kəsi dəyişir" ideyasıdır. Üsyan edirlər, ali ideyaları kütlələr arasında yayaraq onları ayağa qaldırırlar, kütlələrin gücündən istifadə edərək hakimiyyəti ələ keçirirlər, lakin hakimiyyəti ələ keçirdilərmi vəssalam, əvvəlki hakimiyyət onların yanında şükürlü olur. Bu isə onu göstərir ki, bərabərlik istəyərək hakimiyyətə gələnlər gün gəlir daha çox "hakimiyyət/güc" və daha az "bərabərlik" istəyir. Bokser, Krover, Bencamin kimi yalnız ideyaların aliliyinə, şüarların həqiqiliyinə və onları yayanların dürüstlüyünə inananları isə acı həqiqət gözləyir - əslində hər şeyin puç olduğu, "yeni gələnlər"in "əvvəlkilər"dən əslində fərqlənmədiyi gerçəyi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247,4bin okunma
·
68 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.