Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Heyvanıstan

George Orwell

Yorumlar ve İncelemeler

Tümünü Gör
192 syf.
10/10 puan verdi
·
12 günde okudu
İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil? Ah Corc Oruel... bu necə mükəmməl bir əsər, necə mükəmməl bir təsvirdir... Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər). Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr. Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı? " Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır. Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
Reklam
8/10 puan verdi
·
Beğendi
"Heyvanıstan'' romanı yazıçının məşhur tənqidi və antiutopik əsərlərindən biridir. Əsər bir fermada baş verən hadisələrdən bəhs etsə də, əslində yazıçı SSRİ idarəçilik rejimini tənqid etmişdir. Kitabdan aldığım ən böyük dərs bütün canlılar "eyni"dir. Əsərdə heyvanlar tərəfindən qoyulan 7 prinsipə diqqətlə nəzər salsanız əslində bunun həqiqətən də belə olduğunu başa düşərsiniz. Heyvanların timsalında insan, güc, bərabərsizlik təsvir edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Donuzluqdan insanlığa...
Spoiler mövcuddur! Sonuna qədər dayanmadan düşündürən həmin o kitab. Bu gün bitirdim kitabı, mənlə yanaşı bitirən insanların da incələmələrinə nəzər salıb özüm də bir incələmə yazmağa qərar verdim. Kitab heyvanların Cons adlı bir sahibkarı qovmaları, bunun nəticəsində azad olmaları və öz hakimiyyətini qurub idarə etmələri,
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
10/10 puan verdi
·
3 günde okudu
Uzun bir zamandı oxumaq istəyib,amma oxuya bilmədiyim bu kitabı nəhayyət oxumaq üçün fürsət tapdım. Doğrusu,yaxın ətrafımın ağız dolu övdüyü bir kitabıda oxumaq üçün çox səbirsizlənirdim. Kitaba yeni başladığımda sıxılacağımı düşünsəmdə oxuduqca kitabın əslində dərin bir mənaya sahib olduğunu gördüm. Və bu tip içində dərin məna daşıyan kitabları
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
Reklam
192 syf.
6/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
"Heyvanıstan" - Corc Oruellin "1984" kitabından sonra oxuduğum 2ci kitabıdır. Corcun “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Əsərdə olan heyvan xarakterləri Stalin dövründəki şəxslərə bənzədilmişdir. Kommunizmi tənqid etsə də, metaforları bizim müasir dövrümüzə mesaj göndərir. Məsələn, o mesajlara nümunə: -Hər azadlıq şüarı altında yaranan hakimiyyət sonunda yenə dönüb dolaşır, öz qanunlarını tapdalayan bir hakimiyyətə çevrilir. Bunu fermada üsyan edərək insanları qovduqdan sonra, azad yaşamağa başlayan, daha sonra öz qanunlarını unudan heyvanların və onlara liderlik edən Napaleonun timsalında görürük. -Bilikli insanların sayı artdıqca hakimiyyət o insanları ictimaiyyətin gözündən salmağa çalışır. Bunu donuz Napaleonun Snobolu fermadan niyə və necə uzaqlaşdırmasında görürük. Yazıldığı dövrdə bu kitabın ya oxunması qadağa edilmiş, ya da bəzi yerləri dəyişdirilərək nəşr edilmişdir.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Corc Oruelin özünə məxsus dəsti xətti,fərqliliyi bu əsərdə bir daha özünü göstərdi.Oruel bu eser ucun 4nesriyyata muracıet etsede tercume etmemısdıler(siyasi meselere gore)Düzü,bu kitabin tərcuməsinə yayilmasina imkan verilməsi elə adami təəccubləndirir. )Benzetmeleri ve teyinatı ile yüksek seviyyeli eser.George Orwell həqiqətən də sosializmi, stalizmi necə ifadə edəcəyini çox gözəl bilir. Totalitar rejimi daha əvvəl 1984 əsərində də görmüşdüm..
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
·
Puan vermedi
İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə sahib çıxırlar. O, süd vermir, yumurtalamır, kotana qoşulmaq üçün çox zəif, dovşanı qovun tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanlar üzərində hökmrandır. O zavallı heyvanları qabağında qul kimi işlədir, onlara yalnız acından ölməmələri üçün yem verilir. Qalan nə varsa hamısına özü yiyələnir. Torpaq bizim zəhmətimizlə becərilir, peynimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur...
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
159 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Tarixin qaranlıq üzünün satirik qalıqları...#CorcOrveləsəyahət
Deməəək, çox axıcı, maraqlı,həcv dolu,satirası,hətta sarkazmı yüksək şəkildə yazılmış siyasi, alleqorik bir əsər,yəni Heyvanıstan... Əsər Stalin dövrünün alleqorikləşdirilmiş şəkildə tənqididir.Burdakı heyvanlardan hadisələrə qədər,hər kiçik nöqtə bir tarixi hadisəyə işarədir.Əsərin lap girişində Qanun Nəşriyyatının hansı personajın kimi,hansı
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Beğendi
"Aşağılık insan oğlu hər şeye alışır"- Dostoyevski
Sovet Hakimiyyətindən xilas olan bir ölkə düşünün. Və bir xalq düşünün ki, böyük hissəsi heç bur sorğulama aparmadan "yuxarıdan" deyilənləri qəbul edib əməl edir. Tanış gəldimi? Anlamadan sorğulamadan deyilən hər bir söz qəbul edilir Niyə? Çünki anlamaq və sorğulamaq enerji tələb edir amma əksi daha asandır. Həmin ölkədə belə bir
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Bəzi heyvanlar başqalarından daha çox bərabərdirlər!
Sadə və bayağı nəzəriyyələr praktikaya qoyulanda ortaya zaman daxilində özünü içdən-içə dəyişdirən, çürüdən bir sistem çıxır. Kitabı oxuduqca bir suala cavab tapmaq istəyirdim. Orwellin tənqid obyekti bir rejim (kommunizm nəzərdə tutulur), yoxsa quruluşun rəhbər tərəfindən ilkin məqsədlərindən uzaqlaşması idi? Əminəm ki, cavablar fərqli olacaq. Amma Napoleon obrazının özbaşınalığı məni ikinci cavaba yaxınlaşdırdı. Bokser ilə Bencamin isə sevimli obrazlarım idi. Bencaminin az danışmasına baxmayaraq müşahidə qabilliyəti, Bokserin isə hər şeyin həllini ağır zəhmətdə görməsi onları sevimli obrazıma çevirmişdi. “Gücün azdırıcı təsirinə satirik baxış”… Orwellin bu fikrini isə kitabdan xətlədiyim sitat daha da anlaşılır edir “Maraqlıdır ki, açar un kisələrinin birinin altından tapılandan sonra da heç kəs fikrini dəyişməmişdi.” Onların gözləri ilə gördüklərinə, qulaqları ilə eşitdiklərinə inanmaq haqqı öz xəbərləri olmadan əllərindən alınmışdı. Snoubolun taleyini acınacaqlı qılan, bəlkə də, elə bu idi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
192 syf.
9/10 puan verdi
·
34 günde okudu
Corc Oruell qələmindən növbəti əsər - Heyvanıstan. İnsan adlı varlığın onları istismar etməsinə son qoymaq, öz istehsal etdikləri məhsullardan azad şəkildə, bərabər istifadə etmək, daha firavan və bərabər yaşamaq üçün heyvanlar fermada üsyan edir, sahibləri Consu qovurlar. Bütün hadisələr də bundan sonra başlayır. Əvvəlcə ali ideallar uğrunda
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
160 syf.
10/10 puan verdi
·
Beğendi
İnsanların bu təbiyyətə heç bir xeiri olmadan sadəcə zərəri olduqlarının bir daha gözəl nümunəsi.Təbiyyətdən hər şey alırıq amma özümüz nəsə vermirik.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018246bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.