Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

136 syf.
9/10 puan verdi
·
9 günde okudu
Uzun müddət təsirində qalacağım əsər. Horvath'ın "Tanrısız gençlik" əsərində faşizmin insanların,əsasən də yeniyetmələrin həyatında yaratdığı əxlaqi düşüş,irqçilik, həmçinin dil,din,milliyət və s. səbəblərdən yaranmış ayrı-seçkilik kimi cəmiyyət üçün mühüm bir çox məsələlərə toxunulur. Müəllim obrazının anlatımı ilə verilmiş hekayədə insanların düşüncələrinə edilən təsirin onu hansı nöqtələrə gətirə biləcəyi və bunun doğuracağı nəticələrdən bəhs edilir.Gənc,humanist və idealları olan müəllimin bu növ təhsil sisteminə baxışı,sistemin azad iradəsi olan fərdlər yetişdirmək yerinə, asılı,azad düşüncəsi olmayan,özgür seçim edə bilməyən yarım insanlar yetişdirməsi missiyasına qarşı olan düşüncə və addımları maraq doğurur. Düşüncələri,empatiya qurma qabiliyyəti,vicdanı əlindən alınmış insan kimdir?Hekayə boyu bu suala cavab axtarılır. Əsas personaj olan müəllim ətrafdakı insanların,xüsusilə də valideynlərin və şagirdlərinin yuyulmuş beyinlərini,əllərindən alınmış fikirlərini və beyinlərinə yerləşdirilmiş yalanları fərqindədir.Bu problemlər onu uzun düşüncələrə,həll yolları axtarmağa məcbur edir.Oxuduqca müəllimin özünü yoxsa cəmiyyətini seçəcəyi haqqında düşünürük.Ona dayatılan vəzifəni yerinə yetirmək istəməyən müəllim,şagirdləri ilə,həmçinin valideynlərlə problemlər yaşayır.Ona görə robotlaşmış,hissiz,vicdansız,azad düşünmə qabiliyyəti olmayan insanlar yetişdirmək nə dərəcədə doğru ola bilərdi ki? Bu mövzular fonda davam edərkən şagirdlər arasında baş vermiş cinayət hadisəsi də hekayəyə əlavə olunur.Mövzu cinayəti törədənin axtarılması kimi klassik mövzu deyil.Şagirdlərin psixoloji durumu,bu durumları yaradan səbəblərə də toxunulur.Bəs kimdir əsl günahkar? Sistem?Müəllim?Valideynlər? Müəllimin öz-özlüyündə qurduğu vicdan məhkəmələri,monoloqları,müxtəlif seçimlər arasındakı qərarsızlıqları mükəmməl təsvir edilir.Hekayə Tanrıya küsmüş və qırğın olan,hətta onu inkar edən müəllimin bir yerdə ona ehtiyac duyması,sonda isə nəhayət Tanrını tapması ilə nəticələnir. Düşünürəm ki,mütləq oxunmalı əsərlərdəndir.
Tanrısız Gençlik
Tanrısız GençlikÖdön Von Horvath · Türkiye İş Bankası Kültür Yayınları · 20213,064 okunma
·
950 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.