Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

272 syf.
5/10 puan verdi
·
7 günde okudu
Başlıq: Alaskanın axtarışında Yazar: John Green Səhifə: 270 Nəşr: Qanun Janr: Roman,Gənclik,Ədəbiyyat Oxudum: 17-04/22-04-2022 Hərkəsə salam Bu yazardan oxuduğum ikinci roman oldu.Heç uzatmadan öz şəxsi təəsuratlarımı sizlərlə bölüşəcəm. Kitab iki hissədən ibarətdir.Yazara görə "əvvəl" və "sonra" dan,biz oxucular üçün isə,Alaskaya qədər olan və ondan sonrakı hissədən ibarətdir. Açığı mən ilk hissəni daha çox bəyəndim.İkinci hissəni oxuyarkən, gözlərimi zorla səhifələrin üzərində tutmağa çalışırdım.Məncə,çox sıxıcı idi.Xüsusi ilə Miles və dostlarının axtarışda olduqları hissə ( Alaskanı axtarma hissəsi)  yaxşı deyildi.Kitab mövzu və hekayə qurğusu olaraq keyfiyyətsiz idi.Kitabda fəlsəfi fikirləri və gənclərin hədəfləri uğurunda mübarizələrini bəyəndim. Əsər gənclər üçün nəzərdə tutulub.Uşaqlar üçün uyğun deyil. Yazarın daha əvvəl oxuduğum əsərində də (kağız şəhərlər),gənc bir oğlan eşq uğurunda yollara düşür.Və sonu fəlsəfi fikirlə bağlanır.Mənə çox maraqlıdır.Bu təsadüfdürmü yoxsa yazar bilərəkdən iki əsərdə də eyni mövzu seçib,bilmək istərdim.Kitaba eşq romanı demək olmaz,daha çox şəhvət romanı adlandırıram. Əsər sadəcə bir hissədən ibarət olsaydı,fikrim müsbət olacaqdı.Lakin,çox da bəyəndiyimi söyləyə bilməyəcəm. #johngreen #lookingforalaska #alaskanınaxtarışında #roman #qanun #ədəbiyyat #miles #alaska #azəricə #oxudumbitdi
Looking for Alaska
Looking for AlaskaJohn Green · Harper Collins UK · 20124,323 okunma
·
102 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.