Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

280 syf.
·
Puan vermedi
·
6 günde okudu
Bu il üçün bir digər planım oxucular arasında çox bilinməyən yazıçıların əsərlərini seçib oxumaqdır. Bu gün hədsiz çox əsər var ki, kəşf olunmağı gözləyir. Və biz sadəcə məşhur müəlliflərə, əksəriyyətin yönəldiklərinə üstünlük versək, yanlış olar. Tək istiqamət bizə kifayət etməyəcək. Fikrimdə təxmini 10 kitab tutmuşam. Bu qisim kitabların ilki Rabindranat Taqorun “Fəlakət” romanıdır. Nə müəllif, nə də roman haqda məlumatım vardı. “Belə bir kitab var, oxumaq istəyərsən?” sualına “yaxşı olar oxusam” cavabım vasitəsilə tanıdım “Fəlakət”i. İnstagram və “1000kitab”da kiçik bir araşdırma aparanda məlum oldu ki, çoxları da mənim kimi bixəbərdir. Hindistan ədəbiyyatından heç bir əsər oxumadığımdan qarşımda mənə yad bir ölkə, yad dünya vardı. Dolayısıyla tərəddüdllərim vardı. Ancaq öyarğımı bir kənara qoyub maraqla oxumağa başladım Romeşin hekayəsini.Romeşin deyirəm, ancaq baş obrazın Romeş olması barədə fikrim birmənalı deyil.Çünki romanın çox hissəsi Kəmaləyə ayrılmışdı sanki. Romanın mərkəzində 3 nəfər var- Romeş, onun sevdiyi qız Hemnolini və Romeşin “fəlakət”i olan Kəmalə.Romeş atasının təkidilə Hemnolini ilə deyil, ailəsinin seçdiyi Suşila ilə evləndirilir.Evə qayıtmaq istəyəndə bədbəxt hadisə baş verir və toy adamlarının qayıqları batır.Demək olar, çoxları ölür,Romeş sağ qalır.O sahildə sağ qalan varmı deyə axtarışa başlayır və gəlin libasında olan br qızın da sağ olduğunun görür və onu heç vaxt üzünü görmədiyi Suşilası bilir. Romeş xəbərsiz idi ki. sağ qalan gəlin onun deyil,Nolinakxanın evləndiyi qızdır. Fəlakətin təməli də məhz burada qoyulur. Başına gələn bu bəd hadisə Romeş üçün üzücü, ağır günlər vəd edir. Bəs qəhrəman olayları necə qarşılayır? Öhdəsindən gələ bilirmi müsibətin?Sualların cavabı sətirlərdə gizlənib, oxuyun və cavabları tapmaqla birgə hind romanından da zövq alın. Mən Romeşi zəif obraz kimi qiymətləndirirəm.Çətin situasiyalarda qərar verməkdə gecikdiyi və çox vaxt da yanlış yolu seçdiyi və məsuliyyətdən boyun qaçırdığı üçün. Güclü obraz olaraq isə Hemnolini idi.Hissinə önəm verir, əks təsirlərə mümkün qədər laqeyd qalır, özü ilə bərabər başqalarını da düşünür. Qaçmağı deyil, mübarizə aparmağı seçir. Mən romanı sevdim,fərqli təcrübə oldu.Növbədəki “naməlum” kitab hansı olacaq,həyəcanla gözləyirəm...
Fəlakət
FəlakətRabindranath Tagore · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200690 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.