Toxunaraq hiss edə bilmədiyimizi, gözlər bir anda yaşadar. Əgər onlar, insanın qəlb ritmini hərəkətə gətirirsə, düşünürəm ki, o insanda sənə aid nəsə var :)
Baxışlarındakı istiliyi duyaraq, ən dərin hisslərinə ortaq olmaq istəyi səni rahat buraxmaz. Ancaq onu həqiqətən düşünüb, həyatının böyük bir parçasında yer vermək çox az sayda insana qismət olur..
"İnsanları yalan söykedikleri zaman dinlemeyi severim. Olmak istedikleri, olamadıkları "kişi"yi anlatırlar.
Həqiqətən də, sənin daxilində olduğun "sən" kimsən? Göründüyünmü, yoxsa olmaq istədiyin sənsənmi?
Aylak adamın digərlərindən fərqi, özünü heçnəyə məcbur etməyərək, istədiyi həyatı yaşaması idi.
Gördüyü həyatların, evliliklərin "mebel almaq"dan, övlad böyütməkdən, kiçik düşüncələrlə yaşamaqdan ibarət olduğunu görən C, monotonluqdan uzağa qaçmaq istəyir. Ancaq bu qaçışında bir çırpınış, bir axtarış qorxusu var idi.
Eyni çırpınışdan ayrılmış "yar"ını tapmağa çalışır, ancaq yar'ı ona doğru yox, avtobusa doğru qaçır :D
Bu yazını oxuyan oxucu, əgər bu əsəri oxumusansa, səndəki fərqliliyi görürəm. Çünki, həm səbrin həm də iradən səni bu əsəri bitirməyə kömək edib. Hansı ki, bu çox az insanda var. Sən də həyatındakı fərqliliyi özün yarada bilərsən ; özün olaraq.
Əsərdə dərin travma alan C.nin etmək istəyibdə, edə bilmədiyi yaşamı anladığımı düşünürəm. Hansı ki, o fərqliliyi bir çoxlarımız axtarırıq.
Məndə fərqli düşüncələr yaradan əsər oldu. Çoxmu sevdim? Yox, ancaq mənim bir parçam oldu. Oxuduğum digər əsərlər kimi..