Gönderi

339 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Spoilər ola bilər.
Kitabı nəhayət ki oxuyub bitirdim,kitabı oxumama səbəb olan
Aceso
Aceso
sənə təşəkkür edirəm. Kitabı oxuduğum zaman keçirtdiyim hissləri sözlə demək sadəcə, imkansızdır. Əvvəla, kitabdakı Çinlilərə qarşı ayrı-seçkiliklə başlamaq istəyirəm.Təəssüf ki ,hal-hazırda da əksər ölkərdə bu cür hallar çox baş verir;əsasən dərisin rənginə ,dininə,irqinə və s. görə.Bu cür halların qarşısını almaq üçün bəzi tədbirlər görülsə də ,yenə də davam etməkdədir. İncələməm: Əsər Lydia adlı qızın səhər müəmmalı evdən itməsi ilə başlayır.Və bir neçə gün sonra qız göldə ölü olaraq tapılır.Əsərdəki heç bir obraz xoşbəxt deyil,yalnız hər şeyi,hər kəsi səssizcə kənarda izləyən Hannahdan başqa. Əsərdəki digər bir şey isə ,uşaqlar arasındakı sevginin düzgün bölünməməsidir.Sevgini yalnız ailənin bir övladına bəxş edib,qalanlarının varlığını belə bəzən unutmaq günahdır,məncə.Axı hər kəsin sevgiyə ,qayğıya ehtiyacı var... Anası Marilyn ,qızının ölümünün intihar olduğuna inanmaq istəməsə də,təəssüf ki həqiqət bu idi.O qızını çox yaxşı tanıdığını düşünsə də ,yanılırdı.Çünki heç vaxt qızının arzularını soruşmamışdı belə.Qızının həyatını özünün istədiyi bir həyat kimi qurmağa çalışmışdı həmişə:dərs oxumaq,çalımaq və həkim olmaq. Atası isə qızının məşhur olmağını,çoxlu dostları olmağını istəyərdi.Bunlar da onun istədiyi həyat idi. Lakin onlar bütün sevgilərini Lydia"ya vermişdilər.Həmişə onun yaxşı olmağını istəyirdilər.Nath və Hannah isə gözlərində ikinci dərəcəli bir şeylər idi sanki... Lydia"nın istədiyi isə tamam başqa cür həyat idi.Və elə onun intiharına səbəb də elə bu olmuşdu. Əsərdə digər diqqətimi çəkən məqamlardan biri də James'in Marilyn'ə xəyanəti idi.Bu kimi hallar da olmaqda davam edir.Lakin bunu edərkən necə də övladlarını gözlərinin önünə gətirmirlər?!Axı sənin övladların,həyat yoldaşın,ailən var,sevgini niyə onlara yox,başqalarına verməyi üstün tutursan?Hətta necə bir vaxtda:qızının dəfnindən heç 2 gün keçməmiş,həyat yoldaşının bütün günü qızının otağında ağladığı vaxt... Əsəri mütləq tövsiyə edirəm,oxusanız necə hisslər keçirdiyimi bəlkə anlarsınız. İncələməm bu qədər, Kitabla qalın,sağlıqla qalın.
Sana Söyleyemediğim Her Şey
Sana Söyleyemediğim Her ŞeyCeleste Ng · Martı Yayınları · 20191,189 okunma
·
506 views
Aceso okurunun profil resmi
İncələmən çox gözəldi. 👍🏻 Kitab həqiqətən çox qəşəngdi. İnsan təsirindən çıxa bilmir. Çox fərqli kitabdı. İlk oxuyanda insan düşünür dedektiv kitabı ola bilər, amma əksi olur.
Dronqo okurunun profil resmi
#165618416 İçimdən bunu niyə bura yazmaq gəldi bilmirəm, ama bu gün bu yorumda haqqında danışdığım qadının yoldaşı da rəhmətə getdi. Bəlkə də, o biri dünyada daha xoşbəxt olacaqlar:/
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.