Gönderi

Dronqo bir yorumu yanıtladı.
339 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 7 days
Spoilər ola bilər.
Kitabı nəhayət ki oxuyub bitirdim,kitabı oxumama səbəb olan
Aceso
Aceso
sənə təşəkkür edirəm. Kitabı oxuduğum zaman keçirtdiyim hissləri sözlə demək sadəcə, imkansızdır. Əvvəla, kitabdakı Çinlilərə qarşı ayrı-seçkiliklə başlamaq istəyirəm.Təəssüf ki ,hal-hazırda da əksər ölkərdə bu cür hallar çox baş verir;əsasən dərisin rənginə ,dininə,irqinə
Sana Söyleyemediğim Her Şey
Sana Söyleyemediğim Her ŞeyCeleste Ng · Martı Yayınları · 20191,199 okunma
·
507 views
Aceso okurunun profil resmi
Featured Comment
İncələmən çox gözəldi. 👍🏻 Kitab həqiqətən çox qəşəngdi. İnsan təsirindən çıxa bilmir. Çox fərqli kitabdı. İlk oxuyanda insan düşünür dedektiv kitabı ola bilər, amma əksi olur.
1 previous answer
Dronqo okurunun profil resmi
Birdə bugün özümə belə bir sual verdim: Niyə məhz bu ailənin taleyi belə oldu? Bilirsən nə fikirləşdim?O vaxt anası Marilyn-ə xeyir dua verməmişdi,ona peşman olacaqsan demişdi və elə anasının ahı tutdu Marilyn'i. Bizim bir uzaq qohumumuz var idi ,o vaxt qaçırdıblarmış onu.Özü razı imiş ,amma anası yox.Anası deyib ki,get ,amma bilki xoşbəxt olmayacaqsan heç vaxt.Evləndikdən sonra 4 övladı olub.Qızının biri 5 yaşında ikən maşın vurub,ölmüşdü.Oğlanları isə avara idilər.Biri ni həbsxanada zəhərlədilər ,öldü,digərini isə düşmənləri öldürtdü.Qalan bir qızı isə evləndikdən sonra həyat yoldaşı ölmüş və uşağı yetim qalmışdı.Özləri də xəstə idilər yoldaşı ilə.Yoldaşı hələ də dializə gedir,3 4 il ömrü qalıb,özü isə heç 50 yaşı ancaq olardı 3 il bundan qabaq rəhmətə getdi.Hələ də yadımdadır,bizdə qardaşımın sünəti olacaqdı ,ciyər axşamı idi.(toydan qabaqkı gün)Müğənni "Insan sevdiyini itirən zaman canı yanar ,yanar ,yanar " mahnısını oxuyurdu.O isə mahnının təsiri ilə çox pis vəziyyətə düşmüşdü xəstə idi,övladlrı yadına düşmüşdü .Məni dərman gətirməyə çağırmışdılar.Onun son halı hələ də gözümün qabağındadır.Dərman təsir etməmiş ,və tez evə getmək istəmişdi.Çatan kimi də bu dünyadan köçmüşdü...
2 next answer
Dronqo okurunun profil resmi
#165618416 İçimdən bunu niyə bura yazmaq gəldi bilmirəm, ama bu gün bu yorumda haqqında danışdığım qadının yoldaşı da rəhmətə getdi. Bəlkə də, o biri dünyada daha xoşbəxt olacaqlar:/
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.