Gönderi

O dövrdə eşq bir başqa gözəl olub... Hörüklərdən tutub şeir deməkmi?
Utana-utana: "Bəli", - dedim. - O, mənə yaxınlaşıb hörüklərimi əlinə aldı və bir şeir dedi. Yadımda aşağıdakı misralar qalıb: Qaçma, qaçma məndən, boyunu göstər. Könlüm ay üzünü hey görmək istər. Saçın gül suyunda yıxanmış məgər? Ətrindən dimağım, beynim mey çəkir. Müşfiq şeiri yenicə deyib qurtarmışdı ki, yaxın kollarda quş oxudu. Müşfiq susdu, boylandı, həyəcanlandı: - Bax, sanki şeyda bülbül də mənim səsimə səs verir. Aşiq aşiqi gendən tanıyar, - dedi. - Həyatımın nə gözəl dəqiqələridir...
·
244 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.