Gönderi

- Dilbər bacı, bizim bu dağlara gəlməyimizin, - dedi, - bir səbəb var. O da Müşfiqin aşıq Kərəmə dönməsidir. Müşfiqi Kərəmdən ayıran cəhət odur ki, o, Əslinin dalınca hər yana tək gedirdi, bu isə utandığından məni də özü ilə gətirib. Mən dinmədim. Səməd sözünə davam etdi: – Bilmirəm siz bunu necə ovsunlayıbsınız ki, şəhərdə nə gecəsi, nə də gündüzü var. Özü orada, fikir-xəyalı isə burada. Gördüm bu gedişlə o, Kərəmi keçib Məcnun olacaqdır, axırda dözməyib dedim ki, gedək Gəncə dağlarına, bəlkə ürəyin orada təskinlik tapdı. Elə bil Müşfiq mənim bu sözümə bənd imiş. Söz ağzımdan çıxan kimi durub düşdü qabağıma
·
268 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.