Adətən, biz şəxsiyyətimizin məkan və zamanda daima dəyişməz qaldığını düşünürük. Lakin bu heç də həmişə belə olmur. Tək işlədiyimizdə özümüzü kollektivdə olduğundan fərqli aparırıq, romantik şəraitdə özümüzü məktəbdə olduğundan fərqli göstəririk; tanımadığımız adamların əhatəsində dostlarımız arasında olandan fərqli davranırıq, xaricdə olanda evdəki davranışımızdan fərqli hərəkət edirik və s.