Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

424 syf.
·
Puan vermedi
"Biz nə üçün yaşayırıq?", "İnsanlar niyə intihar edir?"
Mən deyərdim ki, bu sualların cavabı kitabda öz əksini dolğun şəkildə tapıb. Rövşən Abdullaoğlu müasir bilgilərin, qədim mədəni ənənələrin uzlaşdığı bu əsərdə çox aktual və həyati önəm daşıyan mövzuya toxunub. Relslər üzərinə uzanmış adam kimdir? Onu burada uzanıb ölüm qatarını gözləməyə nə vadar edib? Təsadüfən qarşılaşan Ted və Faruqun dialoqu fonunda müəllif bizi Serbiya və Bosniya arasındakı hərbi münaqişələr dövrünə aparır. Burada tanış olduğumuz Adri və Əmirin həyatı isə süjetin inkişafına təkan verən əsas hadisələrdəndir. Müəllifin qələmindən oxuduğum ilk əsər olsa da, çox bəyəndim. Əsərdən öyrəndiyim çox şey oldu: elmi, psixoloji, fəlsəfi bir çox maraqlı mövzuya toxunulmuşdur. Ən çox diqqətimi çəkən isə "Geştalt nəzəriyyəsi" idi. Oxuyarkən Xalid Hüseynin qələmini xatırladım. Heç təsadüfi deyil; kitab haqqında yazılan fikirlərin birində də qeyd olunur ki, "Boris Pasternakın "Doktor Jivaqo"sunun, Xalid Hüseynin "Min möhtəşəm günəş"inin pərəstişkarları üçün əla seçimdir". Oxumağı hər kəsə tövsiyə edirəm. Xoş mütaliələr!
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,047 okunma
·
271 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.