Theodore Dreiser'in qələmindən gənc qızın iztirablı həyatı...
7/10
·360 syf.··
2022 16. kitabı
·
38 günde okudu
·
Okunma: 30 Nisan 2022 07:57
Kitabı "2022 Cinciva Oxu Marafonu"nda (#150936137) mövzuya uyğun olaraq, aprel ayında (oxuyacağam deyə-deyə qocaldılanlar) oxumaq üçün seçmişdim. Theodore Dreiser'dən oxuduğum ilk kitabdır və nədənsə çox "maraq" göstərilən kitablarından biridir. Kitabın qısa məzmunu; Kitabın baş qəhrəmanı Cenni Herhardt gənc yaşlarından anası ilə birgə işləməyə məcbur qalır. Ailənin kasıb olması, Cenninin pul əldə etməsi üçün varlı biri ilə münasibətə girməyinə səbəb olur. Nə olursa, bundan sonra olur. Yoxsulluq ailəni hər bir şeyi etməyə məcbur edir. Kitab (1871-1945) Amerikada sosial-iqtisadi vəziyyətdən, ölkədə baş verən hadisələrdən bəhs edir və kitabda yoxsul/kasıb təbəqəyə hörmətsizlik, təhqir etmə, varlı/zəngin təbəqəyə hörmətin qoyulması, böyük biri kimi davranılması nüansını çox sevdim. Theodore Dreiser özü də, kasıb ailədə doğulub, kiçik yaşlarından işləmək məcburiyyətində qalıb. Hətta, yazıçının kitabları Amerikadakı sosial-iqtisadi vəziyyəti təhqir etdiyinə, baş verən hadisələri açığa çıxardığına görə, bir müddət nəşrinə icazə verilməyib. Yazıçının qələmini sevdim, hekayəni və gedişatını da, sevdim. Ancaq ortalarda və sona doğru nədənsə oxuyanda sıxıcılıq və hadisələrin uzadıldığını hiss etdim. Sonlara doğru yazıçı gedişatı uzatmışdı, belə ki, bir hadisə üzərində 4-5 fəsil danışılırdı. Və kitabda absurd gördüyüm bir nüans: əsərdəki dörd obrazın da, "soyuqdəymə"yə tutulub, vəziyyətinin ağırlaşması və sonra ölməsi (gedişatı fərqli ola bilər) oldu. Hamısı eyni vəziyyətdə öldü. Barı biri fərqli öləydi, yaa. :D Bu fikri həqiqətən çox sevdim. Həyat fəlsəfəmiz olsun, deyək: "Heç bir vaxt yalan demə. Heç bir vaxt faktları öz gördüyün kimi deyil, başqa bir şəkildə təsəvvür etməyə çalışma. Doğruluq - həyatın nəfəsidir, hǝr cür ləyaqətin əsasıdır. Kim buna möhkəm riayət edirsə, bu, işgüzarlıq aləmində ona yaxşı ad qazandırar". Vəəə, ən diqqətimi çəkən alıntı: Özünüzü ucuz qiymətləndirin - o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da,özünüzü yüksək qiymətləndirin, - o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə deyər?" fikridir. Onun yeganə ölçüsü - özünü mühafizə hissidir. Ancaq nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qadirdirlər. Möhtəşəm fikirlər olan bir əsər idi. :') Oxumaq istəyənlərə, indidən xoş mütaliələr. Sağ olun, kitabla qalın !
Edebiyat
Cenni HerhardtTheodore Dreiser · Qanun Nəşriyyatı · 2014560 okunma
·
2.188 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
əslində Dreiserdən çox oxumuşluğum yoxdu, ama bu konu və bu sıxıcılığ oxuduğum digər əsərlərindədə hakim idi. Üstəliy kitabı hədiyə edən dostum o qədər övmüştü ki. Hayal kırıklığına uğramıştım. Didiyiviz o "marağ" kısmına çox katılıram.
near
Gönderi Sahibi
Dreiser'dən oxuduğum ilk kitab budur, hələ ki, digər kitabları kənarda gözləyir. Ehh, kitaba tərifləndiyinə görə həvəslə başlayıb, sonda çıt olmaq :')
Şərhi oxumağa başlayanda əsl ədəbi tənqidçi yazmış kimi hiss etdim, məncə həqiqətən professional və olduqca maraqlı alınıb🤩
near
Gönderi Sahibi
Təşəkkür edirəm. <3