Gönderi

Gedər
7/10
·204 syf.··
2022 9. kitabı
·
31 günde okudu
·
Okunma: 13 Mayıs 2022 00:54
İlk öncə qeyd edim ki, Fyodor Dostoyevski çox sevdiyim bir yazardır. İlk kitabı İnsancıklar olsa da, mənim Dostoyevski ilə ilk tanışlıq kitabım Bəyaz Gecələr oldu. Ardıyca “Utancaq qız” əsərini oxudum və həqiqətən nə üçün bu qədər məşhur yazar olduğunu daha yaxşı anladım. Əslində çox xoş oldu ki, mən yazarla ilk tanışlığımı bu əsər vasitəsilə etmədim. Çünki açığı, səbrim çatmayacağı üçün əsəri yarım qoya,hətta yazara qarşı önyarğım yarana bilərdi..Bu əsər Varvara və Makar Devuşkin adlı obrazların bir-birinə göndərdiyi məktublardan ibarətdir. Lakin səbrimi çox sınayır, çünki mən mesajlaşma və məktublaşmaları oxumaq mövzusunda səbirli deyiləm ancaq yarım qoymaq istəmir, bəzi məqamlarda özümlə mübarizə apararaq oxuyuram.. .. Nəhayət əsəri bitirdim, təsəvvür edəndə ki, onun ilk əsəri idi, ancaq bu çarəsizliklə dolu böyük kasıblığı, hörmət və qayğı dolu sevgini elə gözəl təsvir etmişdiki bütün qəlbinizlə hiss edəcəyinizə heç şübhəm yoxdur. Əgər mənim kimi məktublaşma kimi əsərləri sevmirsinizsə, biraz sizə bu əsəri tamamlamaq çətin gələ bilər, amma əsəri bitirsəniz, dadı damağınızda qalacaq. Xüsusilə qış ayları, məncə, Dostoyevski oxumaq üçün ən uyğun zamandır. Xoş oxumalar <3
Fyodor Dostoyveski
İnsancıklarFyodor Dostoyevski · Karbon Kitaplar · 201976,8bin okunma
·
92 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.