46 Bənövşə… Həcmi kiçik olsa da, həyata real gözlə baxmağa vadar edir. O reallıq ürək açan olmasa da görməyə məcbur edilirsən. Kitab Bütün hər şeyin gözəl olduğu xəyallar dünyasından çıxarıb iyrənc bir reallığa atır səni.
Könülün təsvir etdiyi bənövşələr və yaşadığı hadisələr. Bəlkə də elə özü biləmədən boynu bükük bənövşə təsvir edərkən özünü təsvir edirdi?!
Hisslərimiz düşüncələrimizin qarşısı kəsdiyi an özümüz özümüzü kədərə təslim edirik.
Real olan bir şey var: Fəzilənin etdikləri və dedikləri inandırıcı olmasa və gözəl səslənməsə də həqiqət idi. Acı həqiqətləri isə heç vaxt qəbul edə bilmirik.