Gönderi

Puan vermedi·72 syf.··
2022 24. kitabı
·
3 günde okudu
·
Okunma: 15 Mayıs 2022 20:43
Kitab Kafkanın çox məhşur əsərlərindəndir. Oxuyub bitirdikdən sonra digər oxuduğum kitablar kimi insanların fikirlərini öyrənmək məqsədi ilə incələmələrə baxdım. Neçə səhifə oxumağıma rəğmən anlamadığım Kafkanın anlatmaq istədiyi fikirləri anladım deyəsən. Buna görə təşəkkür edirəm bir çox oxucuya. Əslində belə məşhur tipli kitabları anlamaqda çətinlik çəkirəm. Qeydə alaraq oxuduğum 25ci kitab olduğundandır bəlkədə. Hələ qabaqda çox yolumuz var. Gregor kimi bir sabah oyandığımızda özümüzü çox fərqli şəkildə görüb çox fərqli düşüncələrdə olduğumuz vaxtlar olacaq. Bəlkədə olduğumuz vəziyyətdən daha çox işimizə gec qaldığımıza görə narahatçılıq keçirəcəyik.Ailəmiz qədər əziz insanlar belə bir gün sevilməyən işə yaramaz yanlarımıza görə bizdən vaz keçə bilər məsələn. Unutmamağımız lazım olan şeylərdən birinidə Franz Kafka Dönüşüm kitabında belə bir cümlə şəklində ifadə etmişdir "İnanın yeriniz heçdə sağlam deyil"
İnsan ve Duygular
DönüşümFranz Kafka · Karbon Kitaplar · 2021267,6bin okunma
·
1 +1'leme
·
100 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.