·200 syf.··Beğendi
···Okunma: 18 Mayıs 2022 01:14 Bir Kafe təsəvvür edin. Burada bir stulda əyləşdikdə, 1 dəfə keçmişə getmə haqqınız var. Kiminlə görüşmək istərdiniz? Bunun üçün əməl etməli olduğunuz bir sıra şərtlər var: Görmək istədiyiniz insan mütləq daha əvvəlcədən həmin kafeni ziyarət etmiş olmalıdır; Keçmişdə edəcəyiniz heç bir şey indiki zamanı, yaşananları dəyişməyəcək; Keçmişə gedəcəyiniz müddət qəhvənizin fincana doldurulduğu andan etibarən axmağa başlayır. Və başqa bir çox qayda. Ən önəmlisi isə qəhvəniz soyumadan əvvəl qayıtmalısınız. Hələ də qayıtmaq istəyirsiniz?
"Değiştiremeyeceğim şeylere o kadar odaklanmıştım ki en önemli şeyi unuttum."
Kitabla təsadüfən yeni kitab axtarışında olarkən qarşılaşdım. Həm Yapon ədəbiyyatından, həm də Toshikazu Kawaguchi'dən oxuduğum ilk roman idi. Oxumağa başlayarkən böyük gözləntilərim yox idi. Ama gəl gör ki, bu ilin müqayisəsiz ən favorit kitabı oldu "Kahve soyumadan önce". Mövzusu ilə, süjet xətti ilə, sizi düşündürüb özünə çəkən mükəmməl bir əsər. İlk səhifədən son səhifəyə qədər mükəmməl bir duyğu axışı ilə oxudum. Kitab 4 əsas hissədən ibarətdir. Bir birləri ilə həyatları bir yerdə kəsişən, lakin 4 fərqli insanın keçmişə gedişini, peşmanlıq, sevinc, və kədərlərinə şahid oluruq.
Hər bir əsər hər oxuyucuya fərqli bir təəssürat bağışlayır. Bu kitabı oxuyarkən mənim ağlımda dolanan əsas fikir bu idi. "Keçmişin yükü."
Zamanında deyilə bilməyən, edilə bilməyənlər keçmişimizdən indimizə hətta gələcəyimizə hopur. Özümüzlə daşıyırıq 3 fərqli zaman diliminə hər şeyi.
Əgər bir stulda əyləşib, keçmişin yükünü elə ordaca qoymaq üçün düzgün bir yer axtarırsınızsa, Funiculi Funiculi kafesi sizin üçün ən doğru yer olacaq. Keçmişə gedib indiki zamanı dəyişə bilmərik, bəs gələcəyi? Əsas odur ki, "arxadakı körpüləri yandıraq". Sadəcə qəhvəni soyumadan əvvəl içməyi unutmayın. :)
"Günün sonunda , ister geçmişe dönmüş olun ister geleceğe gidin , şimdiki zaman değişmiyor . Bu da akıllara şu soruyu getiriyor : O hâlde o sandalyenin ne anlamı var ?
Ama Kazu insanların karşılaştığı zorluklar ne olursa olsun her zaman üstesinden gelecek güce sahip olduklarına inanmaya devam ediyordu. Sadece cesaret gerekiyordu. Eğer sandalye bir kişinin bile kalbini değiştirebiliyorsa o hâlde kesinlikle bir anlamı vardı. Yine de zamanda yolculuk etmek isteyenlere soğuk ifadesiyle sadece şöyle diyordu : " Kahveyi soğumadan önce iç. "