Gönderi

7/10 puan verdi
Uzun müddətdən sonra bir kitab haqqında təəssüratımı sizinlə bölüşəcəm. Kitabı alıb oxumağıma səbəb qapaq yazısı oldu. Kitab haqqında çox yüksək fikir söylənilərək "Balaca Şahzadə" kitabı ilə eyni tutulur. "Balaca Şahzadə" dən fərqli olaraq bu kitabın baş obrazı Diana adlı gənc qızdır. Efes Gülü haqqında kitab yazır. Anası rəhmətə getsə də hələ də onun həyatına müsbət təsir edə bilir. Anasının vəfat etmədən əvvəl yazdığı məktub iki şəxsiyyətli Diananı Efes şəhərinə səfərə çıxarır. Bu səfərdə "Mavi Almaz Vazı" tapmalıdır. ‍️Diana Efes şəhərinə sevgilisi Matiasla səfər etməlidir. Matias insanın özünü bəyənmə, mərkəzə qoyması haqqında düşüncələrə dalan bir insandır. Bu düşüncələrindən dolayı özünü tapmaq adına Dianadan ayrı səfərə çıxır. Matiasın birdən-birə kitabın ilk səhifələrindən ayrılması məndə kitabda çatışmazlıq olduğu qənaəti yaratdı. Siz demə bu kitab serinin üçüncü kitabı imiş. Bizim dildə tək bu əsəri nəşr olunub. Kitabı iki səbəbə görə almışdım. Həm endirimdə idi həmdə "Balaca Şəhzadə" əsərinə tay tutulurdu. Balaca Şahzadənin heç 1000000 km - dən keçməz bu kitab. Xoşuma gələn iki şey oldu. Matiasın insanın özünü bəyənməsi haqqında düşünməsi və Diananın ölməsinə baxmayaraq anası ilə bu qədər bağlı olması xoşuma gələn məqamlar oldu. Serinin üçüncü kitabı olmasa davam edə bilərdim. Birdə təsəvvüf ilə bağlı olmasa idi. Yenə iki səbəb) ‍️Diananın iki şəxsiyyətli olması mövzusu yaxşı işlənməyib. Bu mövzunun işləndiyi Herman Hessenin "Yalquzaq" əsərini çox bəyənmişəm. Uzun sözün qısası yeni kitab oxumağa başlayanlar və təsəffüvlə yeni -yeni maraqlananlar bu kitabı oxuya bilərlər. Hikmet Anıl Öztekinin "Fesleğen" kitabına bənzədiyini düşünürəm. Oxumamışam sadəcə təxmin edirəm.
İtmiş Gül
İtmiş GülSerdar Özkan · Qanun Nəşriyyatı · 01,369 okunma
·
85 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.