Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

274 syf.
8/10 puan verdi
Caner Akbulut "Buda" kitabının təhlili.
Caner Akbulut "Buda" kitabının təhlili. Störigin "Antik Dövr Fəlsəfəsi - Hint , Çin , Yunan" adlı əsərini oxuduqda Hint fəlsəfəsi hissəsinin bir bölümündə Budadan və onun fəlsəfəsindən bəhs edildiyini gördüm.Ayrıca üzərində durulası olduğunu düşündüyümdən əlimdə bu mövzuda yazılmış kitablardan biri olan Caner Akbulutun müəllifi olduğu "Buda" kitabını oxumağa başladım. Kitab təkcə Buda və onun fəlsəfəsindən deyil eyni zamanda Hint tarixindən , Budanın yaşadığı dövrdəki Hint mənzərəsi , Hinduizm və Brahmanizmdən də səhifələrcə bəhs edir. Sadəcə özüm üçün yazdığım bu təhlilimdə gələcək illərdə bilgilərimi təkrarlamaq adına bəhsi keçən mövzuları tək tək ələ almaq istəyirəm. Hint tarixindən bəhs etməyəcəm çünki bu hissə maraq sahəm deyildi , bir başa Hint toplumu və düşüncəsindən başlayacağam. Proto-Dravid xalqının M.Ö 3 - 2 minilliklərdə İndus yerləşməsiylə təməli atılan Harappa-Mohenjadaro mədəniyyəti zamanla hint fəlsəfəsinin təməlini yaratmağa başladı.Zamanla Aryanların M.Ö 9 minillikdə Vedalara çevrilən dini ilə tamamlanmanın yarandığını və köklərin salındıgını deyə bilərik.Brahmana yəni Tanrı Brahmanın ağzından yaradılan rahiplərə olan dərin hörmət isə Brahmanizi yaratmışdır.Onlar həm də Vedaları qorumaqla hökmlü idilər.Daha sonra Atmanla Brahmanın birləşib , tanrının insanla , nəfsiylə birləşdiyinə inan Uphanişadların doğuşunu görürük.Bunların da içindən yaranan Vişnuizm və Şivaizm isə yaranıb Brahmanizmlə birləşmişdir.Yəni görününür ki , bu fəlsəfə və ya inanc zamanla ayrılıqlara düşübsə belə birləşmələr yaşanıb.Ahimsa prinsibinin xüsusi önəmə sahib olduğu bu coğrafyada bir Ghandinin yetişməsi isə hər halda təsadüf deyildi.Əsas qanunları tənasüh (reinkarnasiya) və kast sistemine olan inanc olan Hinduizmdən bəhs edildikdən sonra isə Budanın həyatına keçid edilir.M.Ö 563 - 483 illəri arasında yaşadığı təxmin edilən filozofun həyatı son dərəcə sadə üslubla qələmə alınıb.29 yaşında aydınlanma yaşayan Budanın bundan sonraki Ganj'da keçirdiyi 6 ildən sonraki Bodhi ağacının altında aydınlığa çatması qısaca çatdırlır və onun öyrətmə metodu , manastr nizamı haqqında bəhs edilir.Həyatının son dönəmində hətta bu mövzuda belə insanoğlunun qısqanclığının məsələyə daxil oldugunu , yaxın qohumumun yaratdığı bölünmələri ki buna rəğmən necə bir toleransa sahib olduğuna da şahid oldum.Buradan çıxarılası dərslər olduğunun fərqinə vardım.Əsasən də səbr , həyatın müvəqqəti olma və toleranslıq məhvumu çərçivəsində.Budanın həyatını öyrəndikdən sonra isə Budizm haqqındaki bilgilərlə tanış oluruq məsələn hər şeyin gəlib keçici olduğunun fərqinə varmaq adına öyrədilən Theravada , bilgəlik və sevgi üzərinə qurulan Zen/Saf Diyar , Budizmə xas olan Dörd Uca Həqiqət - bunlar acı çəkmək , yaradıcı və ya dağıdıcı davranışların fərqinə varma , həqiqi sona çatma yəni zehni qarışıqlıqlardan xilas olunma və son olaraq həqiqi yol yəni yanılsama və hər şeyin dəyişdiyinin fərqində olma - biz varıq amma özəl deyilik - anlayışının , həqiqətinin dərkolunması , qəbullanılması daxildir. Qısası Budizmin həqiqəti həyatında idarə edə bildiklərini idarə et , edə bilmədiklərini bırax və iç sakitliyinə diqqət ayır bunun üçün nizamlı və disiplin sahibi oldur.Buda və Budizm üçün indiki an hər şeydən daha vacibdir.Önəmli olan da budur. Sadəcə özüm üçün və özümə yorumladığım kitab təhlilimin sonunda bu kimi fəlsəfik düşüncələrin oxunulmasının vacib olduğu qədər onların axınına qapılmamağın vacib olduğunu da özümə xatırladır və təhlilimi burada bitirirəm.Həqiqətəb də Caner Akbulut çox təqdirəlayiq bir iş bacarıb.
Buda
BudaCaner Akbulut · Lilith Yayınevi · 20198 okunma
·
83 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.