Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
8/10 puan verdi
·
2 saatte okudu
Cəfər Cabarlının "Oqtay Eloğlu" teatr əsərində milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay xalqın ciddi qarşıdurması ilə üzləşir. Cəhalət içində boğulan xalq teatr, səhnə ideyasını heç cür qəbul edə bilmir, Oqtaya qarşı çıxır, onu kənarlaşdırırlar. Vətəninə bağlı, onu candan sevən, təhsilli, ziyalı bir gənc olan Oqtayı xalqının savadsızlığı və bunun yaratdığı cəhalət incidirdi. O, səhnədə öz yurdundan, Azərbaycanlı aktrisa görmək istəyirdi. Hadisələrin gedişi zamanı Firəngizlə Oqtay arasında başlayan sevgi münasibəti Oqtayın həyatını tamamilə dəyişir. Bununla da, Oqtayın daha bir arzusu çin olur - ilk Azərbaycan qadını səhnəyə çıxır. Oqtayın kral, Firəngizin Amaliya rolunu ifa etdiyi Şillerin "Qaçaqlar" faciəsində səhnədə Kral Amaliyanı deyil, Oqtay Firəngizi öldürür. İlk baxışda bu, Oqtayın Firəngizdən qisas alması kimi də görünsə də, Oqtayın bu hərəkəti rəmzi məna daşıyırdı. Bununla əsərin qəhrəmanı Firəngizin Aslan bəyin əlində yenidən alətə çevrilməsinin qarşısını almaq, səhnəyə gələn ilk Azərbaycan qadınını əbədi yaşatmaq istəyirdi. -"Kimdir müqəssir? Yaşadaraq öldürən ya öldürərək yaşadan? Sevərək parçalayan ya parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Əski muhitin bu gülünc heykəlimi? Yaxud alman dahisi böyük Şiller özümü?" Həmin dönəmdə Cəfər Cabbarlının özü də teatrı xalqın maariflənməsi üçün mühüm vasitələrdən biri kimi dəyərləndirir, onu yüksək qiymətləndirirdi. Beləliklə, yazar öz düşüncələrini Oqtay vasitəsilə oxucuya çatdırır.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021312 okunma
·
902 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.