Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Biz insan ehtirasının ikili xarakterli olduğunu güman eləyirik: ya qorunmağa və birləşməyə can atan ehtiras - biz onu Platonun "Pir" əsərində işlətdiyi Eros anlamında erotik ehtiras adlandırınıq, yaxud da, seksuallıq haqqındakı geniş yayılmış təsəvvürləri genişləndirərək bu ehtiraslara seksual ehtiraslar deyirik - ya da ikinci növ, dağıtmağa və öldürməyə can atan ehtiras - biz onu aqressiv və ya dağıdıcı ehtiras adlandırırıq. Gördüyünüz kimi, açıq danışsaq, burada hamıya yaxşı bəlli olan sevgi ilə nifrət qarşıdurmasının nəzəri izahından söz açılır - bu isə sizin çalışdığınız oblastda qarşılaşdığınız cazibə və itələmə qüvvələrinin daha qədimdə baş vermiş qütbləşməsindən doğulan bir qarşıdurmadır. Ancaq gəlin bu anlayışları Xeyir və Şər terminləri ilə əvəz eləməyə tələsməyək. Bu iki ehtirasın hər biri eyni dərəcədə zəruridir, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı ziddiyyəti həyat deyilən hadisəni törədir. Burada işlərin gedişi belə bir qaydaya tabe olur: bu ehtiraslardan heç biri, heç vaxt özünü o birindən təcrid eləyib yaşaya bilmir, onların hər biri həmişə, o birisi ilə hansısa əlaqədə olur və ya başqa cür desək, biri-birinə qarışmış şəkildə mövcud olurlar və onların hər birinin öz məqsədini formalaşdırması və ona çatması yalnız bu qatışığin vasitəsi ilə olur. Örnək üçün, özünüqoruma instinkti, sözsüz, öz təbiətinə görə erotikdir, ancaq, o məhz özünün aqressivliyi hesabına həyatda mövcud ola bilir. Bunun kimi də, özündən qıraqdakı başqa bir obyektə yönələn sevginiz bir ehtiras ehtirası sahiblənmək ehtirası ilə qarışmağa ehtiyac duyur - axı o yalnız bu şərt daxilində da, sevdiyi obyektə yiyələnə biləcəkdir. Bu iki tip ehtirasların xarici təzahürlərini çox uzun bir müddətdə biri-birindən bütünlüklə ayırmaq üçün göstərilən cəhdlər, onların qavranılması prosesini çox uzun bir vaxt ərzində əngəlləmişdir.
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.