·208 syf.····Okunma: 24 Mayıs 2022 20:42 Kitapların hindistancevizi veya yabancı bir diyardan gelen bir baharat gibi koktuğunu biliyor musun? Küçükken onları koklamaya bayılırdım.Tanrım,bir zamanlar öyle çok güzel kitaplar vardı ki…biz onları bırakmadan önce…
️Fahrenheit 451 nədir?- kitab səhifəsinin yanma dərəcəsi
1951-ci ildə yazılmış distopiya janrında olan bu əsərdə hadisələr 2022-ci ildə baş verir. 2 il idi ki,mənimlə olan bu kitabı 2022-ci ildə oxumaq da mənim üçün xoş bir təsadüf oldu))
Elə bir dünya düşünün ki,burada yanğınsöndürənlər özləri yanğın törədir…Kitabları yandırırlar, kitablarla bərabər insanlığı,tarixi,mədəniyyəti də yer üzündən silməyə çalışırlar. Hər kəsin evinin bütün divarları televizorlardan ibarətdir. Evinizdə sizdən çox televizorunuzun səsinin çıxdığı bir dünya. Sorğulamayan hətta sorğulamağı bilməyən insanların dünyası..
Əsərin baş qəhrəmanı olan Ray Montag da evlərə girib insanların gizlətdiyi kitabları yandıran yanğınsöndürənlərdən biridir. Montaq nə etdiyinin fərqində belə olmadan uzun müddətdir ki,bu işlə məşğul olur. Ta ki qarşısına Clarisse adlı 17 yaşlı bir qız çıxana qədər. Clarissenin Montaga “xoşbəxtsənmi?”sualı onun qəlbindəki qığılcımları oyadır. Daha sonra kitablarını yandırdıqları üçün özünü də kitablarıyla yandıran yaşlı bir qadın bu qığılcımı daha da közərdir və o gündən Montag girdiyi evlərdən bir-bir kitabları toplayıb gizlətməyə,onları qurtarmağa çalışır.Təbii ki,bu uzunmüddət gizli qalmır və ona əngəl olmağa çalışırlar.
Bu kitabı mütləq oxuyun, çox sevəcəksiniz deyə bilməyəcəm təəssüfki. Hər insanın sevə biləcəyi bir kitab deyil,çünki tamamilə hissiz,duyğusuz yazılmış kitabdır hansı ki yazıçı bunu bilərək bu cürə yazdığını deyir. Çünki duyğuları,hissləri əllərindən alınmış insanların dünyasını ancaq bu cürə yazmaqla oxucuya çatdıra bilərdi. Distopiyanı sevirsinizsə oxuyun,oxutdurun