Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

479 syf.
10/10 puan verdi
Fərman Kərimzadə - Xudafərin körpüsü Yazardan oxuduğum ilk kitab oldu. Dəhşətli dərəcədə bəyəndim. Demək olar ki günümüzdə tədris olunan Vll sinifin tarix fənnində Ağqoyunlu,Ərdəbil hakimliyi haqqında məlumatlar bu kitablarda əks olunanlarda götürülüb. Kitabın mövzusu çox genişdir.1468- çi ildə paytaxtı Təbriz olan Ağqoyunlu dövləti yaranır, Dövlətin yaradıcısı Uzun Həsəndir, ona dövlət işlərinin idarə olunmasında anası Sara Xatun kömək edir. Hətta Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında vəziyyət gərginləşəndə Sara Xatun ilk qadın elçi kimi Fateh ll Mehmetin çadırına gedir. Hökmdar Sara Xatuna "ana", Sara Xatun isə hökmdara "oğlum "deyə xitab edir. Uzun Həsənin Trabzon imperiyasının qızı Dəspinə Xatuna Aləmşah adlı gözəl bir qızları olur. Və artıq yetkin yaşa çatanda Aləmşahi Ərdəbil hakimliyi in başçı (həm də bibisi oğlu) Şeyx Heydərə ərə verilir. Bu izdivacdan 3 oğul (Sultanəli, İbrahim, İsmayıl) dünyaya gəlir. Həmin hadisələr baş verərkən artıq Uzun Həsən,Sara Xatun vəfat edir və hakimiyyət uğrunda mübarizələr, hərc-mərclik baş alıb gedir. Hakimiyyətdə olan Yaqub padşah öz bacısı Aləmşahin yoldaşını ( Şeyx Heydəri ) öldürdürür. (Səbəb isə hakimiyyətinə qarşı rəqib görməsi olur). Bacisini və uşaqlarını bağışlayır və İstəxr qalasina həbs edir. Uzun illər bu qalada həbs həyati yaşayırlar. Son hakimiyyətin devrilməsi ilə hakimiyyətə Qızılbaşların əli ilə Rüstəm Mirzə gəlir (aralarındaki müqaviləyə görə Rüstəm taxta çıxacaqdı, qarşılığında isə Şeyx Heydərin ailəsi azadlığa buraxılacaqdi.
Xudafərin Körpüsü
Xudafərin KörpüsüFərman Kərimzadə · Qanun Nəşriyyatı · 2012155 okunma
·
139 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.