10/10
·192 syf.··
Beğendi
·
2022 4. kitabı
·
34 saatte okudu
·
Okunma: 29 Mayıs 2022 21:38
Yazar “Dəli Kür” romanında olduğu kimi bu əsərdə də tarixi,milli-mənəvi dəyərlərə yer vermiş,Azərbaycan Xalq Cümhuriyyəti dövrü və SSRİ-nin ilk illərində kənd əhalisinin gündəlik qayğılarını,yeni hökümətin qurulması uğrunda verilən mücadilə əzmini ön plana çəkmişdir.Paralel şəkildə sovet hökümətinə qarşı çıxmış “Qaçaq hərəkatı” da təsvir edilmişdir.Əsərdə hadisələr çox axıcı və gözlənilməz şəkildə irəliləyir.Roman nəin ki,192 səhifə,700 səhifə belə olsa da,oxucunu özünə çəkmək iqtidarındadır.Tarixi-dram janrında yazılmış romanları sevən oxuculara bu əsəri də oxumalarını tövsiyə edirəm :) P.S. Roman İsmayıl Şıxlının son əsəridir (ölümündən 4 ay əvvəl).Səhhəti ilə bağlı problemlərlə əlaqədar olaraq əsəri həyat yoldaşı Ümidə xanıma diktə etmiş,o isə yazıya köçürmüşdür. Əsərin önsözünü əvəzləyən “Müəllifdən” hissəsindəki yazarın son cümləsi məni çox təsirləndirdi: “Oxucularımdan əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlarım varsa,bağışlamalarını əvvəlcədən xahiş edirəm”…
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2021399 okunma
·
164 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.