Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

254 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
İçimizdəki uşaq. Əslində kitabın belə adlanmasının bir mahiyyəti var. Kitabı oxuduqca bu mahiyyəti daha yaxşı başa düşürsən. Son zamanlar fikirlərimin qarmaqarışıq olduğu vaxtda bu kitabı oxumağım effektiv oldu. İçimizdəki uşaq- necədə saf, məsum, dünyaya sevgi ilə baxan bir varlıqdı. Halbuki bir onun səsini eşitmirik. Daha doğrusu eşitməyə icazə verməmişlər. Belə ki, İçimizdə olan “Ana və Ata”nın səsi əksər vaxt içimizdəki uşağın səsini susdurmuşdur. Müəllifin vurğuladığı kimi beynimizdəki fikirlərin səslənməsi iki yerə ayrılır: “İçimizdəki Ata və Ata” və “İçimizdəki Uşaq”. Həyat yolçuluğumuz hansı səsi daha çox duymağımız əsasında şəkillənir. İçimizdəki Ana və Atanın səsi əsasən daha məntiqə yönəlik, daha çox nəticəyə yönəlikdir. Ancaq İçimizdəki Uşağın səsi anı yaşamaq, bu anda olmaq, əyləncə yönümlüdür. Həyatı sağlam şəkildə yaşamağımız isə bu iki səsin ahəngi sayəsində mümkündür. Sanki pianonun səslənişi kimi- pianonun ağ dilləri Ana və Atanın səsi, qara dillər isə İçimizdəki uşağın səsi. Füsunkar ifa yalnız hər ikisinin səslənişi ilə mümkündür. Sağlam olmayan ailələrdə valideynlərin bəzən düzgün olmayan xitab şəkilləri, utanca boğmaqla böyütməkləri, övladlarını dəstəkləməmələri və onlara güvən verməmələri nəticəsində travma almış bir uşaq və bunun nəticəsində travma almış bir toplum yetişir. Əfsuslar olsun ki, hələdə bunun fərqində olmayan və bunu düzgün qəbul edən bir toplum hələdə var. Belə böyüdülmüş ailələrdə valideynləri günahlandırmaqda absurd bir fikirdi. Çünki onlarda o zehniyyətlə böyüdülüb və formalaşıblar. Amma sağlam olmayan düşüncələrin fərqində olaraq çox şey dəyişə bilər. Önəmli olan “fərqində olmaq”dır. Yekunda deyə bilərəm ki, bu kitabı mütləq bir şəkildə oxumalı və oxutmalıyıq. Daha sağlam bir toplum üçün
İçimizdeki Çocuk
İçimizdeki ÇocukDoğan Cüceloğlu · Remzi Kitabevi · 20177,5bin okunma
··
446 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.