Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
·
Puan vermedi
Küçük Prens
” Uçan maşını xarab olaraq başqa planetlərə gedib çıxaraq Balaca şahzadə ilə tanış olan adam, orda qaldığı 1 həftə müddətində çox dərin tanışlığa gətirib çıxaran dostluq bağı yaradır. Həyatı keyfiyyətləri özündə daşıyan bir əsər idi. Əslində Balaca şahzadə həyat rutinindən bezərək planet-planet gəzib sonda yer kürəsinə gəlib çıxır, ancaq bu belə onu xoşbəxt etmir. Baobab çiçəyini, heyvan və digər hər şeyin qat-qat artıq olduğunu görsə də , çoxluğun əslində böyük əhəmiyyət kəsb etmədiyinu anlayır. Yenidən öz planetinə qayıdan və bunları maşını xarab olmuş adamla bölüşdükdən sonra “intihar” etmək qərarı alır və “gülən ulduz” adı altına səmaya ucalır. Əsərin sonunda pessimistliyi əks etdirməyi üzücü oldu. Maraqla oxuduqlarımdan. “ “ -Siz mənim gülümə zərrə qədər oxşamırsınız.Siz hələ heç nəsiniz. Sizi heç kəs ram eləməyib, siz də heç kəsi ram etməmisiniz. Mənim Tülküm əvvəllər belə idi. O, yüz min başqa tülküdən heç nə ilə fərqlənmirdi. Mən onunla dostlaşdım, o, indi bütün dünyada təkdir. Güllər əməlli-başlı pərt oldular. Balaca şahzadə sözünə davam elədi: -Siz gözəlsiniz, amma içiniz boşdur. Sizin yolunuzda adam ölmək istəməz. Əlbəttə, yoldan keçən birisi mənim gülümə də baxıb deyər ki, o da eynən sizin kimidir. Ancaq məndən ötrü o, təkcanına sizin topanızdan əzizdir. Axı mən hər gün sizi yox, onu suvarırdım. Şüşə örtüklə sizin yox, onun üstünü örtürdüm. Küləkdən qorumaq üçün onun qabağına arakəsmə çəkmişdim. Onun xatirinə tırtılları qırırdım, ancaq ikisini-üçünü saxlamışdım ki, kəpənək əmələ gəlsin. Mən onun necə şikayətləndiyini, necə lovğalandığını eşidirdim, o susanda belə mən ona qulaq asırdım, diqqətim onda olurdu. O mənimdir. Balaca şahzadə tülkünün yanına qayıtdı.O: -Əlvida!..-dedi -Əlvida! Mənim sirrim budur, özü də çox sadədir: yalnız ürək iti görür. Ən vacib olanı gözlə görə bilməzsən.”
Balaca Şahzadə
Balaca ŞahzadəAntoine de Saint-Exupéry · Altun Kitab · 2015234,3bin okunma
·
208 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.