Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
6/10 puan verdi
İyun ayının ilk kitabını bitirdim. Açığı deyəsən kitabı zamanında oxumadim. Yada kitaba çox qanım qaynmadi. Kitabda o qədər dövlətlər, onların hökmdarlarının adları çəkilirdi ki başım əmməli başdı şişdi. 160 səhifə olmasına baxmayaraq ele bil 300 səhifəlik kitab oxudum. Hətta oxuduqca bu hansı dövlətdi mən bele dövlət eşitməmişəm bele dedim( tarix müəlliməsinin gözü yaşlı). Tarixi kitabları sevdiyimi çoxunuz bilirsiniz. Amma bunu çox da sevmədim. Makedoniya hökmdarı ol Filipp- in İsgəndər adlı varisi dünyaya gəlir. Lakin zaman keçdikcə mənbələrdə deyilənə görə İsgəndərin anası oğlunu taxta hazirlamasi atasinin taxtina göz dikmesine qədər gətirib çıxarır. ll Filipp hətta Kleopatra ilə belə evlenir. Ondan bir qiz, sonra isə oğlan uşağı dünyaya gəlir. ll Filippin ölümündən sonra hakimiyyətə oğlu İsgəndər gəlir. İsgəndər güclü sərkərdə olaraq ömrünün çox hissəsini döyüşlərdə keçirir. Əvvəlcə İran hökumdari lll Daraya qarşı dəfələrlə müharibələr aparır və son olaraq qalib gəlir. Misirə gedib özünü firon bele elan edir. Hətta Şimali Hindistana qədər gedib çıxır. Lakin uzun döyüşlər ordunu əldən saldığı üçün dövlətləri aslı hala salıb geriyə qayıdır. Çox mənbələrdə deyilir ki İsgəndər zəhərləndirilərək öldürülür. Amma daha dəqiq məlumat yoxdu bunlar yalnız fərziyyələrdir.
Makedoniyalı İsgəndər
Makedoniyalı İsgəndərPeter Green · Altun Kitab · 04 okunma
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.