Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

216 syf.
·
Puan vermedi
·
8 günde okudu
Bir qadına yazmaq üçün 500 funt sterlinq və şəxsi bir otaq lazımdır deyir Virginia Woolf. 500 funt sterlinq və şəxsi bir otaq lazımdır fikrini ilk oxuyanda insanın ağlına həyatın ən gözəl nemətləri önünə sərilmiş qadın gəlir, lakin kitabı oxuduqca bu iki ünsürün qadının bir fərd kimi şəxsi və ümumi hüquqlarının tanınması olaraq simvollaşdırıldığını anlayırıq. Yazıçı qadının dünənindən bu gününə işıq tutaraq bərabərsizliyin, hüquqsuzluğun qadınlar üzərindəki təsirlərini ədəbiyyatdan yola çıxaraq cavablayır, məqsəd ədəbiyyatda qadın rolunun niyə əzəldən bəri kişilər qədər güclü, təsirli olmamasının sorğulanaraq təsvir edilməsidir. Kitabın yazılma tərzini də bir başqa bəyəndim, keçmişdən bu günə yazan qadınların əsərlərini oxuyaraq həm bir tənqidçi kimi təhlil edir, həm də əsərlərin yazılma üslubunu qadına təqdim edilən sosial-ictimai şəraiti qiymətləndirərək anlamağa çalışır. Bunları oxumaq bəlkə də bir əks cins üçün sıxıcı və bir o qədər də aşağılayıcı təsir bağışlaya bilər, amma bir qadın üçün gələcəyə inamla baxmaq üçün təsiredici olacağını düşünürəm. Bitirəndə yenidən Woolf oxumalıyam dedim.
Şəxsi Bir Otaq
Şəxsi Bir OtaqVirginia Woolf · Teas Press Nəşriyyatı · 038,1bin okunma
·
88 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.